“Şərqdə ilk demokratik respublika” adlı esse müsabiqəsinin qalibləri mükafatlandırıldı
Tarix: 29.05.2018 | Saat: 19:33:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Şərqdə ilk demokratik respublika” adlı esse müsabiqəsinin qaliblərinə sertifikatların və hədiyyələrin təqdim edilməsi ilə bağlı tədbir keçirilib. Məlumat üçün bildirək ki, bu esse müsabiqəsi ADPU-nun Heydər Əliyev Mərkəzinin layihəsi əsasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AQAC) ADPU Bölməsinin və Tələbə Gənclər Təşkilatının (TGT) dəstəyi ilə keçirilib.
ADPU-nun Heydər Əliyev Mərkəzinin mütəxəssisi, layihənin rəhbəri Sahilə Nəcəfova çıxış edərək bildirib ki, mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 ili tamam oldu. Bu münasibətilə ADPU-nun tələbələri arasında esse müsabiqəsi keçirilib. Esse müsabiqəsinin keçirilməsində əsas məqsəd tələbələrdə vətənpərvərlik ruhunu gücləndirmək, onları tariximizi dərindən öyrənməyə sövq etmək olub. Müsabiqəyə təqdim olunan esselerin qiymətləndirilməsi məqsədilə Filologiya fakültəsinin professor-müəllimlərindən ibarət esse komissiyası yaradılıb. S.Nəcəfova esse müsabiqəsinin keçirilməsinə verdiyi dəstəyə görə AQAC-ın ADPU Bölməsinə və TGT-yə təşəkkür edib.
Esse komissiyasının üzvü, filologiya üzrə fəlsəfə doktoru Məlahət Babayeva çıxış edərək müsabiqənin keçirilmə qaydaları barədə məlumat verib. Qeyd edib ki, müsabiqədə tələbələrin yaradıcılığı əsas meyar kimi qəbul edilib.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov çıxışında bildirib ki, bu il xalqımız üçün əlamətdar bir ildir. Bu il ulu öndər Heydər Əliyevin anadan olmasının 95 ili və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 ili tamam oldu. Bu iki böyük tarixi yubiley bir-birini tamamlayır. Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçiliyimiz və ictimai-siyasi fikir tariximizdə mühüm yer tutur. Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində böyük işlər həyata keçirib. Bugünkü müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini qorudu, gücləndirdi, əmin-amanlığı, sabitliyi təmin etdi və ölkəmizi inkişaf yoluna çıxardı. Prezident İlham Əliyev ölkəmizin yeni beynəlxalq çağırışlara uyğun inkişaf etməsini uğurla həyata keçirir. Bu esse müsabiqəsinin keçirilməsi təqdirəlayiqdir. Belə müsabiqələr tələbələrin yaradıcılıq istedadlarının aşkar edilməsinə və yazılı nitq mədəniyyətlərinin inkişaf etməsinə müsbət təsir göstərir.
Qeyd edək ki, esse müsabiqəsində I yerə Riyaziyyat və informatika fakültəsinin I tədris ilinin 101-ci qrup tələbəsi Aysel Soltanova, II yerə Filologiya fakültəsinin III tədris ilinin 305-ci qrup tələbəsi Firuzə Həsənova, III yerə isə İbtidai təhsil fakültəsinin III tədris ilinin 304-cü qrup tələbəsi Aliyə Soltanova layiq görülüblər.
Sonda esse müsabiqəsinin qalibi olan tələbə-gənclərə sertifikatlar və hədiyyələr təqdim edilib, xatirə şəkli çəkdirilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
Azərbaycanda münaqişəli ailələrin sayı artır
19.02.2019
Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə Baş direktoru Şimal bölgəsinə səfər edib
19.02.2019
“EcoArt” layihəsi başa çatıb
19.02.2019
Peşə hazırlığı kurslarının Almaniya təcrübəsinə uyğun təşkili məsələləri müzakirə olunub
19.02.2019
Şəhidlik ölməzlikdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info