Buker son 50 ilin ən yaxşı müəllifini seçir
Tarix: 29.05.2018 | Saat: 20:19:00 | E-mail | Çapa göndər


Beynəlxalq Buker Mükafatının münsiflər heyəti son 50 ildə bu mükafatı almış ən yaxşı müəlliflərin siyahısını tərtib edib.
AZƏRTAC Rusiya mətbuatına istinadla xəbər verir ki, münsiflər Buker mükafatının təsis olunduğu 1968-ci ildən bəri hər onillik üçün bir kitab seçib. Siyahıya britaniyalı yazıçı Hilari Mentelin “Canavar zalı”, kanadalı Maykl Ondatjenin “İngilis xəstə”, amerikalı Corc Sondersin “Linkoln ölüm ayağında”, hind mənşəli ingilis yazıçısı Vidiadxar Naypolun “Azad dövlətdə” və ingiltərəli Penelopa Layvlinin “Ay pələngi” kitabları daxil edilib.
Yarım əsrin ən yaxşı müəllifi xalq səsverməsi yolu ilə müəyyənləşdiriləcək. Səsvermənin nəticələri iyulun 8-də məlum olacaq.
Xatırladaq ki, mayın 23-də Polşa yazıçısı və şairi Olqa Tokarçuk 2018-ci ilin Beynəlxalq Buker Mükafatına layiq görülüb. O, müsabiqədə “Flights” (“Uçuşlar”) romanı ilə iştirak edib.
Buker mükafatı (Man Booker Prize for Fiction) 1968-ci ildə Buker-Makkonnel tərəfindən təsis olunub və iki ildən bir verilib. 2016-cı ildən isə mükafat hər il təqdim olunur. Bu və ya digər dildə yazılan, ingilis dilinə tərcümə edilərək Böyük Britaniyada nəşr etdirilən konkret romana və ya hekayələr toplusuna görə verilən mükafatın məbləği 50 min funt-sterlinqdir. Bu məbləğ əsərin müəllifi və tərcüməçisi arasında bölünür.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
“NAR” işçi axtarır
19.04.2019
İşəgötürən əməyin mühafizəsi məqsədilə işçiləri fərdi mühafizə vasitələri ilə təmin etməlidir
19.04.2019
“AccessBank“da vakansiya
18.04.2019
“İşsizin DOSTu” layihəsi 33 mindən çox vətəndaşla əmək müqaviləsi bağlayıb
18.04.2019
Zorakılıq, mənəvi-psixoloji təzyiq hallarına məruz qalan uşaqlar üçün Qaynar xətt yaradılır

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Bakıda Üçlük ölkələrin birgə ticarət sərgisi keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info