“Baş naziri təhqir etmək və qurulanları dağıtmaq demokratiya deyil”
Tarix: 11.06.2013 | Saat: 00:21:00 | E-mail | Çapa göndər


Ankaranın “Kızılay” meydanında toplaşan etirazçılarla polis arasında növbəti toqquşma baş verib. “CNNTürk” kanalının məlumatına görə, polis etirazçılara dağılışmaq çağırışı edib. Daha sonra isə etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan və su şırnağından istifadə edib.
Adana və Ankarada 10 mindən çox tərəfdarının qarşısında çıxış edən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ölkəsində baş verən kütləvi aksiya iştirakçılarını və təşkilatçılarını tənqid edib. “Anadolu” xəbər agentliyinin yaydığı məlumata görə, R.T.Ərdoğan deyib ki, Taksim Gezi parkında baş verənlərə qoşulanların 95 faizi heç Gezi parkını tanımır, həyatlarında bir dəfə də Gezi parkına getməyiblər. Baş nazir gəncləri vandallıqdan istifadə edənlərə uymamağa, özünüifadə azadlığından demokratik şəkildə istifadə etməyə çağırıb.
Hökumət başçısı vurğulayıb ki, inancınıza güvənirsinizsə, inanclılardan qorxmayın: “Fikrinizə güvənirsinizsə, fikir azadlığından qorxmayın. Söyləməli bir sözünüz varsa, bu ölkənin təbiəti sevən bir baş naziri var. Gəlin onunla danışın. Amma bu hadisələrin təbiəti sevməklə heç bir əlaqəsi yoxdur. Bu ölkədə 10 il ərzində 2 milyard 800 milyon ağac əkən iqtidara heç kim təbiəti qorumaq dərsi keçə bilməz. İnanın, onların 95 faizdən çoxu bu olaylar başlayanadək “Gezi parkı haradadır?” deyə soruşsanız, bilməzdilər. Bunlar həyatlarında hələ Gezi parkına getməyiblər”. R.T.Ərdoğan bəyan edib ki, baş nazirini təhqir edən gənclik türk gəncliyi deyil: “Söyüş söymək, qurulanları dağıtmaq heç də demokratiyadan xəbər vermir”. Ərdoğan etiraz aksiyalarına son verilməsini xahiş edib: “Bir dərdiniz varsa, bələdiyyə başqanı, vali, nazirlərlə müzakirə edərsiniz. Onlarla danışmaq istəmirsinizsə, nümayəndələrinizi seçin, mənimlə müzakirə edərsiniz. Əgər bunlara yox deyib, davam edəcəksinizsə, o zaman mən sizin anlayacağınız dildə danışmağı bilirəm. Mən heç kimə Türkiyəni terrorun olduğu bir ölkə kimi göstərməyə imkan verməyəcəyəm”. Türkiyənin baş naziri sahibkar, sərmayəçi və universitet rəhbərlərinə də mesaj göndərib, etirazlara dəstək verəcəkləri təqdirdə uduzacaqlarını bildirib. Ərdoğan “türk baharı” ifadəsinə də çox əsəbi reaksiya verib: “Türk baharı 2002-ci il 3 oktyabrda oldu, bitdi”.

AB Türkiyə ilə bağlı bəyanat verdi

Avropa Birliyinin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Ketrin Eşton son günlər ərzində növbəti dəfə Türkiyədəki vəziyyətdən dolayı narahatlığını ifadə edib və ölkədə hadisələrin gedişatını diqqətlə izlədiyini bildirib. “Mən insan itkisinin olmasından və çox sayda insanın yaralanmasından kədərlənirəm və yaralananlara şəfa diləyir, yaxınlarını itirənlərə də başsağlığı verirəm”-deyə Ketrin Eştonun bəyanatında qeyd edilir. Ali komissar polis tərəfindən tətbiq edilmiş bütün zorakılıq aktlarının və həddindən artıq güc tətbiq edilməsinin araşdırılmasının, təqsirkarların məsuliyyətə cəlb edilməsinin vacibliyini də vurğulayıb. K. Eşton hesab edir ki, Türkiyədə gərginliyin qorunub saxlanması bütün tərəflərin təmkinli olmasının və dialoq əsasında həll yolunun tapılmasının vacibliyini göstərir.
Anar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub
20.09.2018
Macarıstan ilə Ukrayna arasında diplomatik qalmaqal
20.09.2018
Şinzo Abe yenidən Yaponiyanın hakim Liberal Demokratik Partiyasının sədri seçilib
20.09.2018
Paşinyanın növbəti iftirası: siyasi imicini itirmiş şoumen

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info