Misir mətbuatı AXC-dən yazır
Tarix: 29.05.2018 | Saat: 21:44:00 | E-mail | Çapa göndər


Misirin aparıcı elektron qəzetləri və portalları – “gate.ahram.org”, “Youm 7”, “asyaelyoum” və digər saytlar Azərbaycanın Misirdəki səfirliyinin mətbuat attaşesi Emil Rəhimovun müəllifi olan Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı ərəb dilində nəşr olunan kitabın işıq üzü görməsindən yazır.
AZƏRTAC-ın məlumatına görə, məqalələrdə bildirilir ki, “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi. Müsəlman Şərqində ilk demokratik respublika (1918-2018-ci illər)” adlı kitab Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı ərəb dilində ilk fundamental nəşrdir.
Qeyd edilir ki, Azərbaycanın XİN-in və nazirliyin nəzdindəki Beynəlxalq İnkişafa Yardım Agentliyinin dəstəyi ilə çap olunan kitab 1918-ci ildən 2018-ci ilə qədər olan dövrü əhatə edir.
Yazılarda diqqətə çatdırılır ki, nəşrdə “Azərbaycanın coğrafi mövqeyi, təbii sərvətləri və strateji əhəmiyyəti”, “Azərbaycan: Müsəlman Şərqində ilk demokratik respublika (1918-1920)”, “Azərbaycan Sovet Sosialist Respublikası (1920-1991)”, “Azərbaycanın yenidən öz müstəqilliyini bərpa etməsi (1991-2003)”, “Azərbaycan yeni minilliyin astanasında (2003-2018)” adlı fəsillərdə müəllif ölkəmizin tarixinin bu əhəmiyyətli dövrü barəsində tarixi faktlarla ərəbdilli oxuculara müfəssəl məlumat verir.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Azərbaycan təhsil sistemində idarəetmə texnologiyalarının tətbiqi zəruridir
21.05.2019
“Mxitaryan, axı sən nə istəyirsən?”
20.05.2019
Cüzeppe Kaniliya: Azərbaycan İtaliya üçün olduqca vacib ölkədir
20.05.2019
Ramin Əhmədov: ”Azərbaycanda mükəmməl sosial təminat sistemi qurulub”
20.05.2019
Millət vəkili Azər Badamov: “Hədəf neftdən asılı olmayan güclü iqtisadiyyat formalaşdırmaqdır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info