Gənclər Tbilisidə Ulu Öndərin abidəsini ziyarət ediblər
Tarix: 29.05.2018 | Saat: 21:45:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə bir qrup gənc Tbilisidə səfərdədir.
AZƏRTAC xəbər verir ki, mayın 29-da gənclər Tbilisidəki Heydər Əliyev parkında olublar.
Burada gəncləri Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və digər rəsmi şəxslər qarsalayıblar.
Səfir D.Həsənov, M.Məmmədov və gənclər ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül dəstələri düzüblər.
Sonra gənclər Tbilisidəki Botanika bağında “köhnə müsəlman qəbiristanlığı”nda Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Fətəli xan Xoyskinin və Həsən bəy Ağayevin, Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadənin, dahi şair Mirzə Şəfi Vazehin və digər görkəmli şəxslərin məzarlarını ziyarət ediblər.
Gənclər, həmçinin M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində olublar.
Səfərin əsas təşkilatçılarından olan Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov jurnalistlərə müsahibəsində deyib ki, gənclər təşkilatlarının nümayəndələri, həmçinin Tbilisidə 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu binada olacaq, burada azərbaycanlı və gürcü həmyaşıdları ilə görüşəcəklər.
Bakıdan gəlmiş tarixçi alimlər gənclərə Zaqafqaziya Seyminin fəaliyyəti, Azərbaycan Xalq Cümhuriyyəti və Gürcüstan Demokratik Respublikasının yaranması, tarixi əhəmiyyəti və süqutunun səbəbləri barədə mühazirə oxuyacaqlar.
Tədbir çərçivəsində “Əbədi ezamiyyət” sənədli filmi nümayiş olunacaq.
Səfər çərçivəsində Azərbaycan və Gürcüstanda yaşayan gənclər arasında birbaşa əlaqələrin qurulması, “dostluq körpüsü”nün yaradılması istiqamətində məsləhətləşmələr aparılacaq.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Pakistan məhkəməsi Nəvaz Şərifin həbsdən buraxılmasına qərar verib
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info