Ermənistanın xarici borcu təhlükəli səviyyəyə çatıb
Tarix: 29.05.2018 | Saat: 23:09:00 | E-mail | Çapa göndər


Ermənistanın Maliyyə Nazirliyi xəbərdarlıq edir: “Bizi ciddi təhlükə gözləyir”

“Ötən il Ermənistan ölkəyə kapital cəlb olunmasından daha çox borc götürüb. 2017-ci ilin nəticələrinə görə Ermənistanın dövlət borcu 6,675 milyard dollar təşkil edib. Burada hökumətin payı 6,173 milyard dollara çatıb.”
Bu fikirləri Ermənistanın maliyyə naziri Atom Dcandjuqazyan parlamentdə 2017-ci il büdcəsinin icrası ilə bağlı illik hesabatını təqdim edərkən bildirib. Nazirin sözlərinə görə, hökumətin xarici borcu 4.893 milyard dollar olub, qalan borc isə daxili borcdur: “Dövlət borcunun ÜDM-ə nisbəti bir qədər artaraq 58,8 faizə çatıb”. Xərclər də artaraq 1503,9 milyard manat təşkil edib ki, bu da 2016-cı ildəkindən 3,8 faiz çoxdur. Erməni nazirin sözlərinə görə, 2017-ci ildə dövlət büdcəsinin kəsiri 266,7 milyard dram təşkil edib. Dövlət borcunun artması ilə bağlı danışan Dcandjuqazyan qeyd edib ki, borc, əsasən, ÜDM nisbəti 50 faiz və ya daha yüksək olduğu ölkələr yüksək riskli ölkələr hesab olunurlar. “Borcların idarə edilməsi məsələsi diqqət mərkəzində olmalıdır, əks halda, bizi ciddi təhlükə gözləyir”, - deyə maliyyə naziri xəbərdarlıq edib. Fransadan İrəvana yeni investorların gələcəyinə ümidli olan Djandjuqazyan Rusiyadan şəxsi köçürmələr, əmtəə dövriyyəsi, həmçinin misin dünya bazarındakı qiymət artımının Ermənistan iqtisadiyyatına müsbət təsir göstərəcəyinə də ümid edir. Qeyd edilməlidir ki, erməni nazir iqtisadi problemləri həll etmək üçün vacib olan kapital qoyuluşlarının da qeyri-adekvat olduğunu deyib. Onun sözlərinə görə, 2017-ci ildə Ermənistanın maliyyə siyasəti daha çox borcun sabitləşməsinə yönəlib. Nazirin bildirdiyinə görə, büdcənin gəlir hissəsində əsas payı 93 faiz və ya 1,58 trilyon dramı vergi daxilolmaları təşkil edib: “Qrantlar yalnız 1,02 faiz təşkil edib. Əlavə dəyər vergisinin xüsusi çəkisi 35,1 faiz, gəlir vergisi 29,5 faiz, gəlir isə 9,5 faiz olub. Eyni zamanda büdcə gəlirləri 1,5 trilyona çatıb ki, bunun da 237 milyard dramı kapital qoyuluşlarına yönəldilib”. Nazir sərmayə yatırımını qeyri-kafi kimi qiymətləndirib və minimum səviyyədə olan xarici sərmayənin iqtisadi problemlərin həllinə yetərli olmadığını etiraf edib.

Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
17.09.2018
“Sabah.com.tr”:“İşğalçılar sərhədlərimizi açmamızı gözləməsinlər”
14.09.2018
“ArmenianReport”: “Ermənistan əks-inqilab təhlükəsi ilə üz-üzədir”
11.09.2018
“Dinin tələb etmədiyi bəzi ifrat hərəkətlər uşaqlarda psixoloji zədələr yaradır”
07.09.2018
«ArmenianReport»: «Rusiya bizim daxili işlərimizə qarışmamalıdır»
01.09.2018
Azərbaycan və Rusiya arasında 15 sənəd imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info