700 bal toplayan abituriyent UNEC-i seçib
Tarix: 29.05.2018 | Saat: 23:18:00 | E-mail | Çapa göndər


Cahan Həşimzadə: “UNEC uğrunda rəqabət güclüdür, ən yüksək nəticəni göstərməliydim”

Dövlət İmtahan Mərkəzinin II ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanlarında 700 bal toplayan Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın şagirdi Cahan Həşimzadə “UNEC-də 1 gün” layihəsində iştirak edib. UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində maliyyə ixtisası üzrə təhsil almaq istədiyini bildirən Cahan Həşimzadə universitetə hazırlaşdığı gündən hədəfinin UNEC olduğunu açıqlayıb: “UNEC-in nailiyyətlərini yaxından izləyirəm. Seçimimin UNEC olmasının səbəbi çoxdur. Burada təhsilin daha keyfiyyətli olduğunu düşünürəm, imtahanların şəffaf və obyektiv təşkil olunması məni cəlb edir. Universitetə 600-dən yüksək bal toplayaraq qəbul olunan hər kəsə və imtahan sessiyasında fakültə fərqi olmadan hər kurs üzrə ən yüksək nəticə göstərən 15 tələbəyə xüsusi təqaüd verilməsi əladır. Bilirəm ki, 4 il ərzində 2 diplomu ancaq UNEC-də qazana bilərəm. Valideynlərim də UNEC-i tövsiyə edir. Bir sözlə, mənim arzum, sadəcə, tələbə adını deyil, UNEC tələbəsi adını qazanmaq olub. Son iki il ərzində ən yüksək nəticə göstərən abituriyentlərin seçimi də məhz UNEC idi, hədəfim uğrunda rəqabətin güclü olduğunu bilirdim, ən yüksək nəticəni göstərməliydim. Çalışdım və bacardım”. C.Həşimzadə ötən tədris ilində 700 bal toplayaraq UNEC-ə qəbul olan Cavad Əliyev və Arzu Məmmədzadə ilə də görüşüb. UNEC-in tələbələri ona beynəlxalq və ikili diplom proqramları, Elektron Universitet Modeli, tədris prosesi barədə ətraflı məlumat veriblər. Bildiriblər ki, UNEC dünyanın qabaqcıl universitetləri olan London Universiteti/London İqtisadiyyat Məktəbi və Fransanın Monpelye Universiteti ilə ikili diplom proqramı həyata keçirir. C.Həşimzadə ilə birlikdə imtahanlardan 600-dən yüksək bal toplayan dostları da UNEC-in birgünlük tələbələri olublar. C.Həşimzadə DİM-in keçirəcəyi ikinci imtahanlara qatılacaq dostlarına kömək etdiyini də bildirib. Onlar ingilis dilində iqtisadiyyata giriş fənnini dinləyiblər. Beynəlxalq İqtisadiyyat Məktəbində unudulmaz bir gün keçirdiyini bildirən Cahan Həşimzadə və dostları yeni tədris ilinə UNEC-də başlayacaqlarını bildiriblər.
Anar




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
Ramil Usubov xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19.04.2019
17 yaşlı azərbaycanlı Türkiyədə 56 min dollar təqaüd alacaq
19.04.2019
“Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir“
19.04.2019
Almaniyanın Siegen Universitetinin müəllim və tələbə heyəti “Ulduz” Şokolad Fabrikində
19.04.2019
DGK əsassız ittihamlara söykənən etirazların əks olunduğu video ilə bağlı məlumat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info