Xaricdəki həmvətənlərimiz də “Qafqaz üçlüyü” filmini qətiyyətlə pisləyirlər
Tarix: 30.05.2018 | Saat: 00:55:00 | E-mail | Çapa göndər


Ssenari müəllifi Rüstəm İbrahimbəyov olan “Qafqaz üçlüyü” filmi cəmiyyət tərəfindən hədsiz dərəcədə qınaqla qarşılanıb. Xüsusən, xaricdə yaşayan soydaşlarımız bu məsələyə öz kəskin reaksiyalarını veriblər. Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naibə Hacıyeva bildirib ki, Rüstəm İbrahimbəyov kimi sapı özümüzdən olan baltaların bu kimi fəaliyyəti onlarda nifrət hisləri yaradır: “İnsan nə qədər vicdansız, nə qədər pula şərəfini satmış biri olar?! Belələrinə “azərbaycanlı” deməyə belə, dilimiz gəlmir. Rüstəm İbrahimbəyovun davamçıları Avropada da fəaldırlar. “Biz vətən üçün çalışırıq” deyən “müxalifətçilər” Azərbaycana gedən xarici turistlərin qarşısını alacaqlarını deyirlər. R.İbrahimbəyovun ssenari müəllifi olduğu “Qafqaz üçlüyü” filmində Azərbaycanı aşağılayıb erməniləri tərifləməyi bağışlanılmazdır. Özlərini azərbaycanlı adı ilə qələmə verən erməni “ulduzlarının” Avropanın zibilxanalarında eşələnərək dövlətimizi və dövlətimizə dəstək olan diasporumuzu pisləməyi ölkəmiz Azərbaycana böyük bir zərbə deyilmi?! Bu, xainlik, satqınlıq deyilmi?!”. Naibə Hacıyevanın fikrincə, bunların etdikləri hərəkətlər müxalifətçilik deyil, ölkəsinə, vətəninə, dövlətinə xainlik deməkdir: “İnsan öldüyü zaman gərək ona xain, satqın kimi öldü deməsinlər. Bunlara isə “xain, satqın kimi gəbərdi”, deyəcəklər. Bu xainlər mütləq cəzalarını almalıdırlar! İnsan az yeyər, az içər, amma satqınlıq etməz! Bütün satqınlar cəzalandırılmalıdırlar, həm də çox tezliklə ki, bir daha təkrar olunmasın”.
Misirdə yaşayan həmvətənlərimiz də “Qafqaz üçlüyü” filmini qətiyyətlə pisləyiblər. Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, Qahirə Universitetinin müəllimi, tədqiqatçı alim Seymur Nəsirov isə bildirib ki, “Qafqaz üçlüyü” filmində Azərbaycan xalqının qorxaq, qəddar obrazda, ermənilərin isə sülhsevər və cəsarətli kimi təqdim olunması yolverilməzdir. O deyib: “İbrahimbəyovun antimilli və iftira ilə dolu bu filmi hər bir azərbaycanlıya və Azərbaycana ağır mənəvi zərbədir. Bizim ölkəmiz Ermənistanın Azərbaycana qarşı aqressiv siyasətini dünyaya sübut etdiyi bir vaxtda tarixi faktların, mövcud reallıqların saxtalaşdırıldığı, qərəzli və yalan məlumatların yer aldığı bu filmin çəkilməsi çox acınacaqlıdır. Dağlıq Qarabağda baş verən hadisələr, torpaqlarımızın 20 faizinin ermənilər tərəfindən işğal olunması, Xocalı soyqırımı, şəhidlərimiz hər bir vətəndaşımızın qəlbində bir yaradır. Bu reallığı təhrif etmək və ictimaiyyətin fikrini yanlış səmtə yönəltmək ancaq və ancaq pislənilə bilər. Rüstəm İbrahimbəyovun öz xalqına qarşı bu xəyanətkar davranışı bütün dünyada azərbaycanlıları ən neqativ fonda təqdim etmək üçün yeni əsas yaradır. Azərbaycanlı tərəfindən “etiraf” olunan bu “həqiqətlər” dünya erməniliyi üçün əsl hədiyyədir. Torpaqlarının 20 faizi işğal altında olan, həmin ərazilərdə bütün milli-mədəni irsi dağıdılmış, on minlərlə azərbaycanlının həlak olduğu, uşaqlarının, qadınlarının, qocalarının qəddarcasına, işgəncə ilə qətlə yetirildiyi bir xalqın nümayəndəsinin bu “etirafları” milli xəyanətin, insan mənəviyyatının deqradasiyası və alçalmasının, öz milli köklərinə, xalqına nifrətin bariz nümunəsidir. Peşəsindən, cəmiyyətdəki sosial statusundan asılı olmayaraq ümummilli məsələlərdə hər kəs vətəndaşlıq mövqeyi nümayiş etdirməli, dövlətçiliyi və milli maraqları hər şeydən üstün tutmalıdır. Belə məsələlərdə vahid mövqedən çıxış etmək və xalqımıza düşmən kəsilən ünsürlərə tutarlı cavab vermək çox vacibdir”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info