Avropa-Rusiya yaxınlaşmasına zərbə
Tarix: 30.05.2018 | Saat: 01:06:00 | E-mail | Çapa göndər


Polşa Müdafiə Nazirliyidən ABŞ-a müraciət: “Varşavada zirehli texnika ilə təmin olunmuş hərbi baza yaradın, xərcini biz ödəyirik”

Polşa Müdafiə Nazirliyi ABŞ-a müraciət edərək ərazisində hərbi baza yerləşdirməyi xahiş edib. Polşa bu istəyini Rusiyadan olan təhlükə ilə əlaqələndirib. Varşava zirehli texnika ilə silahlanmış diviziyanın Polşa ərazisində olmasını məqsədəuyğun hesab edir. Polşa bunun üçün hərbi bazanın 500 milyon - 2 milyard dollar arasında qiymətləndirilən illik xərcini də ödəməyə hazırdır. Rəsmi müraciət artıq Polşa Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. “RİA Novosti” yazır ki, 2014-cü ildən etibarən Polşada olan ABŞ qüvvələrinin sayı hər il artır. Hazırda bu dövlətin ərazisində 4 minlik xarici hərbi qüvvə yerləşdirilib. Buraya həm ABŞ-ın, həm də NATO-nun çoxmillətli qüvvələri daxildir. İndi isə buraya zirehli texnikanın olduğu diviziya əlavə oluna bilər. ABŞ Baltikyanı dövlətlərində olan zirehli texnikasının bir hissəsini Polşada yerləşdirə bilər. Varşava istəyir ki, ABŞ tankları, “BMP”-ləri Polşa ərazisində daimi yerləşsin. Rəsmi Varşava hesab edir ki, Rusiyadan olan təhdidlər çox ciddidir və Avropa ABŞ olmadan bunun qarşısında dayana bilməz. Ona görə də ABŞ-ın yeni hərbi qüvvələrinin Avropada yerləşdirilməsinə ciddi şəkildə zərurət yaranıb. Polşa siyasiləri bütün variantları düşünüblər. ABŞ hərbçiləri üçün geniş ərazi ilə yanaşı, ən həssas məsələ olan maliyyələşmə məsələsini də öz üzərinə götürüb. Polşa siyasi rəhbərliyinin Rusiya təhdidləri ilə bağlı xəbərdarlıqları ilk xəbər deyil. Sadəcə, Müdafiə Nazirliyinin rəsmi saytında yayılan bu məlumatla bağlı yerli mətbuat fərqli mövqelər ortaya qoyur. Məsələn, “Onet” nəşri yazır ki, Müdafiə Nazirliyinin ABŞ hərbçilərini ölkəyə dəvət etməklə bağlı bəyanatı nə parlament, nə də prezidentlə razılaşdırılmayıb. Polşa ordusunun Ali Baş Komandanı olan prezident Dudanın bu məsələdən xəbəri yoxdur. Yayılan bəyanat Polşa Xarici İşlər Nazirliyi ilə də razılaşdırılmayıb. Ekspertlər hesab edirlər ki, Polşa siyasi dairələrində ABŞ xəttini müdafiə edənlərlə Avropa xəttini müdafiə edənlər arasında ciddi rəqabət var. Doğrudur, hakim partiya olan və prezident Dudanın da şinelindən çıxdığı “Hüquq və Ədalət” partiyası ABŞ - Britaniya vektoruna sadiqdir. Amma Avropa İttifaqını əsas götürənlər də az deyil. Merkel və Makron kimi qitə liderləri Rusiya ilə yaxınlaşmağa cəhd etdiyi bir vaxtda Polşa təklənməmək üçün ABŞ-ın ölkədəki təmsilçiliyinin daha da artmasını əsas çıxış yolu hesab edirlər. Rəsmi Varşava məhkəmə sistemi və “Şimal axını-2” layihəsi ilə bağlı Avropa İttifaqı ilə zidd mövqedədir. Rusiya dövlət başçısının mətbuat katibi Peskov bildirib ki, ABŞ-ın Polşada hərbi baza yaratmaq məsələsi Varşavanın suveren hüququdur. Amma bu addımın ümum Avropa təhlükəsizliyi baxımından müəyyən nəticələri olacaq: “NATO strukturlarının bizim sərhədlərimizə doğru ekspansiyası, sərhədlərimizə yaxınlaşması qitədə təhlükəsizliyin və stabilliyin təmin olunmasına xidmət etmir”. Rusiyalı hərbi ekspert İqor Korotçenko isə bildirib ki, ABŞ-ın Polşada hərbi baza yaratmağına ehtiyac yoxdur. Əgər belə bir baza yaradılarsa, bu, Rusiyaya qarşı düşmənçilik aktı olacaq. Buna hərbi addımlarla cavab verilməlidir.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
Estoniya rəqəmsal olaraq ən yüksək inkişaf etmiş ölkə sayılır
23.05.2019
Terrorçular “Zara“nı bombaladı
23.05.2019
Britaniya XİN Tereza Meyin istefası barədə məlumatı təkzib edib
23.05.2019
Böyük Britaniya və Hollandiyada Avropa Parlamenti seçkiləri üçün səsvermə başladı
23.05.2019
28 May – Respublika Günü Nyu Yorkda təntənəli konsertlə qeyd ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10785

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info