İndoneziyalı jurnalistlər Azərbaycan həqiqətləri barədə məlumatlandırılıblar
Tarix: 30.05.2018 | Saat: 01:14:00 | E-mail | Çapa göndər


Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının dəvəti ilə Azərbaycana gəlmiş indoneziyalı jurnalistlərlə görüşüb. Görüşdə Əli Həsənov Azərbaycanın tarixindən, mədəniyyətindən, xalqımızın adət-ənənələrindən, İslam dininin bu bölgədə yayılması və spesifikasından, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyətindən, mövcud olduğu qısa müddətdə həyata keçirdiyi mühüm tədbirlərdən, dövlət idarəçiliyində demokratik normaları bərqərar etməsindən, eləcə də Cümhuriyyətin süqutu və Azərbaycanın SSRİ-nin tərkibindəki 70 illik tarixindən danışıb. Prezidentin köməkçisi, həmçinin qonaqlara 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra keçdiyi uğurlu inkişaf yolu, ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan dövlətinin qurulması, əldə edilən böyük nailiyyətlər, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun yaratdığı fəsadlar, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları barədə məlumat verib. Görüşdə Əli Həsənov jurnalistlərin suallarını cavablandırıb. Ölkəmizə səfərlərinin onlarda zəngin təəssürat yaratdığını qeyd edən indoneziyalı media təmsilçiləri Azərbaycandakı multikultural və tolerant mühitin, Bakının gözəlliyinin, bütövlükdə Azərbaycanda gördükləri inkişaf proseslərinin onları valeh etdiyini bildiriblər.




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info