Londonda dörd nəfər həbs edilib
Tarix: 11.06.2013 | Saat: 00:24:00 | E-mail | Çapa göndər



İslam mərkəzinin yandırılmasında şübhəli kimi


Londonun cənubunda, Quranın öyrənilməsi üzrə internat-məktəbin yandırılmasında şübhəli bilinən 4 nəfər britaniyalı yeniyetmə həbs edilib. Onların hər biri 17-18 yaşlarındadır.
İyunun 8-də gecə yarısı Londonun Bromli rayonundakı Çislherst məhəlləsində yerləşən Darül-Ülum internat-məktəbdə yanğın baş verib. İnternat-məktəbdə təhsil alan 128 şagirdin hamısı oradan köçürülüb, lakin məktəblilərin bir qismi yüngül xəsarətlər alıb. Məktəbin binasına ciddi ziyan dəyib. Keçən həftə Londonun şimalında daha bir islam mərkəzi və məscid yandırılıb. Polis bu yanğınların qəsdən törədilməsindən şübhələnir, çünki divarların qalıqları üzərində “İngiltərə müdafiə liqası” adlanan ultramillətçi qruplaşmanın avtoqrafları aşkar edilib. İslam mərkəzinin yerləşdiyi rayonda müxtəlif etnik qruplaşmaların nümayəndələri yaşayır, lakin indiyə qədər burada dini zəmində ciddi münaqişə qeydə alınmayıb. Polisin məlumatına görə, Londonda müsəlmanlara qarşı dini zəmində hər gün 8 cinayət törədilir. Londonun Vuliç rayonunda 2013-cü il mayın 22-də Li Riqbi ad-soyadlı hərbi qulluqçu qətlə yetiriləndən sonra müsəlmanlara qarşı təcavüzkar əməllərin sayı səkkiz dəfə artıb.




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
İsveçrə portalında Novruz bayramı haqqında yazı yerləşdirilib
20.03.2019
Terror təşkilatı PKK tərəfdarlarının Kölndə işğal təşəbbüsü
19.03.2019
Brüsseldә bomba hәyәcanı
19.03.2019
Nursultan Nazarbayev istefa verib
19.03.2019
ABŞ-da Perunun eks-prezidenti saxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info