“Geosiyasi tendensiyalar neftin 80 dollaradək bahalaşmasına rəvac verib“
Tarix: 30.05.2018 | Saat: 14:09:00 | E-mail | Çapa göndər


“Cari neft qiymətlərindəki dəyişiklik oxşar tarixi analogiyalarla üst-üstə düşür”.
“APA-Economics”in məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün Bakıda keçirilən “Xəzər Neft və Qaz-2018” 25-ci Yubiley Beynəlxalq konfransında çıxışı zamanı bildirib.
“Bildiyiniz kimi neft qiyməti müxtəlif geosiyasi reallıqlara və çevrəyə müəyyən təsir effekti törədir. Cari geosiyasi tendensiyalar və verilən müəyyən siyasi qərarlar, eləcə də dünyanın məhz neft sənayesinin mühüm çəkisi olan ölkələrində müxtəlif münaqişə və rəqabət də neftin qiymətinin 80 dollaradək artmasına rəvac verib. Buna baxmayaraq vəziyyət tam dayanıqlı deyil. Neft hasil edən ölkə ixracatçılara kifayət qədər cəlbedici olsa da, məhz bu, qlobal iqtisadi indikatorlarla müəyyənləşir. Artıq ABŞ-ın, Avropanın artan, Çinin böyüyən iqtisadiyyatı, təbii ki, artan səviyyədə neft istehlakçıları tələbatlarını artırmaqdadır. Bununla belə neft qiymətlərinə təsir edən bu göstəricilər tədricən baş verməkdədir”, - deyə P. Şahbazov vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
24.02.2020
İnsanlıq tarixinin ən böyük qətliamı Qarabağda törədilib
24.02.2020
“ABŞ-ın sanksiyaları terrorçuluqdur”
24.02.2020
“Azərbaycan və İtaliya arasında əlaqələr yeni inkişaf mərhələsinə keçir”
22.02.2020
Xocalı soyqırımı insanlığa qarşı törədilən qanlı cinayətdir
22.02.2020
“Azərbaycanın hər sahədə Türkiyəyə göstərdiyi maraq göz önündədir”

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11454

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 “Bu ilin “Könüllü ili” elan olunması gənclərin inkişafı üçün böyük təkandır”
4 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb
5 “Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info