Şəhid ailələri və Qarabağ müharibəsi veteranları üçün iftar süfrəsi təşkil olunub
Tarix: 30.05.2018 | Saat: 15:50:00 | E-mail | Çapa göndər


Bakıda Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən şəhid ailələri və Qarabağ müharibəsi veteranları üçün iftar süfrəsi təşkil olunub.
Tədbiri giriş sözü ilə açan Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov iftar süfrəsinə təşrif gətirənlərə xoş arzularını bildirib, onları müqəddəs Ramazan ayı münasibətilə təbrik edib. M.İsmayılov çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasına verdiyi önəmdən bəhs edib. Bildirib ki, Prezidentimiz tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsi, xüsusən də dini ziyarətgahların əsaslı təmiri və yenidənqurulmasına xüsusi qayğı göstərir. İslam mədəniyyəti nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs dini sitayiş və inanc yerlərinin təmiri, bərpası ilə bağlı xüsusi sərəncamlar imzalaması və bu işi şəxsi nəzarətinə götürməsi deyilənləri bir daha təsdiqləyir. M.İsmayılov vurğulayıb ki, dövlət başçısının Fərmanı ilə yaradılan Fondun əsas fəaliyyət istiqamətlərini də milli-mənəvi dəyərlərin qorunması və təbliği, bu istiqamətdə maarifləndirmə işinin aparılması təşkil edir.
Fondun icraçı direktoru, eyni zamanda şəhidlik məqamının dinimizdə yüksək qiymətləndirildiyini qeyd edib, dövlətimizin şəhid ailələrinə və müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıdan bəhs edib.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı diqqətə çatdırıb ki, xalqımız əsrlərboyu öz milli və dini dəyərlərinə sadiq qalıb, özünün adət-ənənələrini yaşadıb. Dini dəyərlərimiz içərisində Ramazan ayının isə özünəməxsus yeri var.
DQİDK sədrinin birinci müavini islami dəyərlərin qorunub saxlanılmasının Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev siyasətinin əsas istiqamətlərindən biri olduğunu qeyd edib. Bildirib ki, dövlət başçısının hər il Ramazan ayında İslam və qeyri-islam dini konfessiyalarının nümayəndələri ilə iftar süfrəsində iştirak etməsi Prezidentin milli-mənəvi və dini dəyərlərə həssas münasibətini bir daha təcəssüm etdirir. Sonda şəhidlərin ruhuna dualar oxunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info