“Azərbaycandakı mövcud ictimai-siyasi ab-havanın hər zaman qorunmasına çalışmalıyıq”
Tarix: 11.06.2013 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


YAP-ın 7 iyunda keçirilən V qurultayında Prezident İlham Əliyevin dərin məzmunlu çıxışı həm ötən illər ərzində partiyanın fəaliyyətinə ekskurs xarakteri daşıyıb, həm də qarşıda vəzifələrə nəzər yetirilib. Bu baxımdan ölkə başçısının nitqini həm də proqram xarakterli nitq də hesab etmək olar.
Eyni zamanda ölkə başçısı öz nitqində ölkə daxilində pozuculuq fəaliyyəti ilə məşğul olan antimilli qüvvələrin fəaliyyətinə də toxunub və onları sərt şəkildə tənqid edib: “Görülən bütün bu işlər əlbəttə ki, Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki nüfuzunu da artırır. Yeni Azərbaycan Partiyasının siyasi səhnədə ciddi rəqibi yoxdur. Bu, reallıqdır. Ona görə yox ki, biz kiməsə problem yaradırıq, yaxud da hansısa xüsusi imtiyazlara malikik. Hər bir siyasi qüvvə hansı çərçivədə fəaliyyət göstərirsə, biz də eyni çərçivədə fəaliyyət göstəririk. Sadəcə ona görə ki, görülən işlər, islahatlar, insanların yaşayış səviyyəsinin qalxması, beynəlxalq mövqelərimizin möhkəmləndirilməsi bizə olan inamı daha da artırır. Ancaq əlbəttə ki, siyasi mübarizə aparılır və aparılmalıdır. Mən bir daha demək istəyirəm ki, Yeni Azərbaycan Partiyası siyasi davranış qaydalarını da müəyyən etmişdir və çox şadam ki, siyasi fəaliyyətlə məşğul olan əksər siyasi partiyalar bu sivil siyasi davranış qaydalarına əməl edirlər. Amma elələri vardır ki, onlar islah oluna bilməz. Bu, onlara şamil edilə bilməz. Bu, antimilli qüvvələrdir. Vaxtilə iqtidarda olmuş və bu gün də iqtidar arzusu ilə heç bir əsası olmadan yaşayan antimilli xəyanətkar, satqın qruplaşmalardır ki, onlar öz fəaliyyətlərini tamamilə başqa istiqamətdə görürlər. Onların siyasi fəaliyyəti, - əgər buna siyasi fəaliyyət demək mümkündürsə, - tamamilə başqa istiqamətdə gedir. Onların siyasi mübarizə üsulu söz deyil, fikir deyil, “Molotov kokteyli”dir. Onların dayaqları xalq deyil, xalqın iradəsi deyil, xaricdən verilən qrantlardır, pullardır. Onların söz azadlığı donos yazmaqdır, Azərbaycanı ləkələməkdir, beynəlxalq təşkilatlara uydurmalar, iftiralar göndərməkdir, yaymaqdır. Onların davranış qaydaları ermənilərlə birləşib Azərbaycanı ləkələmək və Azərbaycan haqqında mənfi rəy formalaşdırmaqdır.
Əlbəttə, belə qruplaşmaların Azərbaycanın siyasi həyatında yeri yoxdur və ola da bilməz. Son 20 ilin tarixi bunu bir daha təsdiq edir ki, Azərbaycanın gələcəyini, müstəqilliyini düşünməyən qüvvəyə Azərbaycanın siyasi səhnəsində yer yoxdur. Biz müstəqil dövlət qurmuşuq. Ulu öndər canı hesabına müstəqil dövlət qurmuşdur. Biz müstəqilliyi qoruyuruq, saxlayırıq. Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük dəyərdir. Müstəqillik sadəcə olaraq dövlət atributlarına malik olmaq deyildir. Müstəqillik müstəqil siyasət aparmaq, öz maraqlarını müdafiə etmək, öz milli maraqlarını hər şeydən üstün tutmaqdır. Bu gün Azərbaycan həm iqtisadi, həm də siyasi cəhətdən, sözün əsl mənasında, müstəqil dövlətdir. Biz bu müstəqilliyi möhkəmləndirməliyik”.

“Azərbaycan xalqı, sağlam gənclik azərbaycançılığa, stabil siyasi, iqtisadi inkişafa, ölkəmizin beynəlxalq nüfuzunun
artmasına səs verəcək”


Prezident İlham Əliyevin ölkə daxilində pozuculuq fəaliyyəti ilə məşğul olan qrupların fəaliyyətinə dair fikirləri cəmiyyətin bütün digər təbəqələri ilə yanaşı gənclərin də üzərinə böyük vəzifələr qoyur. Məsələ ilə bağlı gənclərin fikirlərini öyrəndik. “Demokratik Azərbaycan Naminə” Gənclərin İctimai Birliyinin sədri Elməddin Behbud mövzu ilə bağlı bunları dedi: “Azərbaycan son 20 ildə baş verən siyasi proseslər, son ildə bütün sahələrdə aparılan nəhəng və modern quruculuq işləri, insanların həyat tərzinin daha da yüksəldilməsi üçün qəbul edilən proqram və qanunlar birmənalı surətdə cənab Prezidentin rəhbərliyi ilə aparılan dövlət siyasətinin mərkəzində insan amilinin olduğunu göstərir.
Bu gün Azərbaycanın inkişafının əsas sütununun məhz siyasi sabitlik olduğunu da unutmamalıyıq. Bu cəhətdən biz dünyada və regionda baş verən o qədər də ürək açmayan proseslərin fonunda Azərbaycandakı mövcud ictimai-siyasi ab-havanın hər zaman qorunmasına çalışmalıyıq.
Bu günlərdə ölkənin siyasi gündəminin yeni mərhələsini formalaşdıran hakim Yeni Azərbaycan Partiyasının qurultayının keçirilməsi və orada cənab Prezidentin ölkədə bütün sahələr üzrə gedən prosesləri dərindən təhlil etməsi Azərbaycan vətandaşlarının daha uğurlu və stabil gələcəklə bağlı bir çox suallarını cavablandırmış oldu. Azərbaycanda bütün seçkilər ərəfəsində müşahidə etdiyimiz xarici və daxili siyasi qrupların fəallığı bu dəfə aşkar şəkildə görünməkdədir.
Fəaliyyətində müxtəlif forma və metodları rəhbər götürən bu qrupların əsas iddiası əlbəttə ki siyasi hakimiyyətə gəlməkdir. Ancaq unutmaq lazım deyil ki. düşüncənin, iddiaların hansı format və məzmunda olmasından asılı olmayaraq seçkilərdə qalib gəlmək üçün hökmən siyasi qüvvənin ciddi resursları olmalıdır. Bu resursların önündə isə düşünürəm ki, xalqa açıq şəkildə deyilməyə layiq olan milli platformaya söykənən siyasi fikir gəlir. Eyni zamanda şəffaf siyasi keçmişə də malik olmaq zəruridir.
Prezident İlham Əliyevin YAP-ın 7 iyunda keçirilən qurultayında bəzi qüvvələrin Azərbaycanın dünyadakı imicini korlamağa yönəlmiş siyasət apardığını vurğulaması isə bu gün antimilli qüvvələrin fəaliyyətinə bütövlükdə verilmiş ən uyğun qiymətdir. Düşünürəm ki, Azərbaycan xalqı, onun sağlam gəncliyi baş verən hadisələri doğru şəkildə analiz edərək cənab İlham Əliyevin bu ilin payızında növbəti dəfə prezident seçilməsi üçün ortaya qətiyyətli mövqe qoymaqla azərbaycançılığa, stabil siyasi, iqtisadi islahatların aparılmasına, beynəlxalq aləmdə ölkəmizin daha da yüksək tribunalara sahib olmasına səs vermiş olacaqlar”.

“Antimilli qüvvələr ölkəmizin
inkişafına qısqanclıqla yanaşan erməni lobbisinə xidmət edirlər”


Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon Gənclər Birliyinin İdarə heyətinin üzvü Tərlan Səfərovun isə məsələyə münasibəti belə oldu: “Bununla bağlı onu demək istəyirəm ki, bu antimilli qüvvələr ölkəmizin inkişafına qısqanclıqla yanaşan erməni lobbisinə, onların məqsədlərinə xidmət edirlər. Adlarını müxalifət qoyan, lakin müxalifətin nə olduğunu belə anlamayan qüvvələr əslində ölkədə xəyanətkarlıqla məşğuldurlar. Artıq bunu onların ətrafında olan aldadılmış gənclər də başa düşməkdədir. Ölkəsinin uğurlu gələcəyini düşünən sağlam gənclik bu yolda fədakarcasına fəaliyyət göstərən İlham Əliyevi dəstəkləyir. Biz cənab Prezidenti dəstəkləyir və ona inanırıq”.
Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
03.12.2020
Azərbaycanda 4 189 nəfər COVID-19-a yoluxdu, 2 072 nəfər sağaldı, 40 nəfər vəfat etdi
03.12.2020
Laçın rayonunun Hüsülü və Malıbəy kəndləri - VİDEO
03.12.2020
Laçın şəhərinin görüntüləri – VİDEO
02.12.2020
“Səndən mənə qardaş olmaz, sən ermənisən”... – VİDEO
02.12.2020
Laçının Qarıqışlaq kəndindən VİDEOgörüntü

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12129

1 Yatanda 5 yastıq istifadə edin - Çinli həkimdən tövsiyə - VİDEO
2 Ev şəraitində öskürəyə qarşı tətbiq edilən ən effektiv vasitələr
3 Qarabağ yeni turizm destinasiyası kimi dünyaya təqdim olunacaq
4 İqor Korotçenko: “Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Bu məsələ birdəfəlik və həmişəlik bağlanıb”
5 “Anamın kitabı” pyesi əsasında çəkilən film tamaşaçıların görüşünə gələcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info