SDU-da professor Həsən Sadıqovun anadan olmasının 90 illik yubileyi qeyd edilib
Tarix: 30.05.2018 | Saat: 16:09:00 | E-mail | Çapa göndər


Sumqayıt Dövlət Universitetində (SDU) görkəmli alim, Əməkdar Müəllim, professor Həsən Sadıqovun anadan olmasının 90, elmi-pedaqoji fəaliyyətinin 60 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, SDU-nun rektoru, professor Elxan Hüseynov ömrünün 56 ilini Sumqayıt Dövlət Universiteti ilə bağlayan professor Həsən Sadıqovun həyatının və əməllərinin gənc nəsil üçün örnək olduğunu bildirib.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxışında qeyd edib ki, Həsən Sadıqovun şərəfli ömür yolu elmə xidmətin bariz nümunəsidir. Həsən Sadıqov nəinki müəllim, habelə Sumqayıtın yaranma tarixinin, onun sosial-iqtisadi, mədəni, demoqrafik inkişafının ilk tədqiqatçısı olaraq şəhərin beynəlmiləlçilik ənənələrini təbliğ edən alimdir. O, professor Ramazan Məmmədovla müəllifləri olduğu “Sumqayıt həqiqətləri” kitabını nəşr etdirməklə erməni iftira və uydurmalarının qarşısının alınmasında, 1988-ci ilin fevralında törədilmiş hadisələrin bütün reallığı və obyektivliyi ilə dünya oxucularına çatdırılmasında, gələcək nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayıb..
Sonra Zakir Fərəcov Prezident İlham Əliyevin Həsən Sadıqova təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncamını oxudu və ona uzun ömür, cansağlığı, yorulmaz fəaliyyətində uğurlar arzuladı.
İş yoldaşları da böyük alimin mənalı və şərəfli ömür yolundan, elmi fəaliyyətindən bəhs etdilər, onun milli ideyalara bağlı nəcib şəxsiyyət olduğunu vurğuladılar.
Professor Həsən Sadıqov əməyinə verilən yüksək qiymətə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.
Tədbirin sonunda professor Həsən Sadıqova hədiyyələr təqdim olundu.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Xəzərdə qəfəs tipli balıq təsərrüfatlarının yaradılması üçün qanunvericilikdə dəyişikliklər edilməlidir
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info