Litva Seymində QHT-lərə Dövlət Dəstəyi Şurasının elan etdiyi müsabiqənin təqdimatı keçirilib
Tarix: 11.06.2013 | Saat: 00:36:00 | E-mail | Çapa göndər


Litva Seymində Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının elan etdiyi müsabiqənin təqdimatı keçirilib.
Litvadakı səfirliyimizdən verilən məlumata görə, səfirliyin təşəbbüsü ilə keçirilən tədbirdə şuranın sədri, millət vəkili Azay Quliyev çıxış edərək, rəhbəri olduğu qurumun fəaliyyəti və xarici QHT-lər üçün təklif olunan qrant proqramı haqqında ətraflı məlumat verib. QHT rəhbərlərinin çoxsaylı suallarını cavablandıran Azay Quliyev elan olunan mövzuların həm regional, həm də qlobal əhəmiyyətini qeyd edib və QHT-ləri bu müsabiqədə aktiv iştirak etməyə çağırıb. Görüşdə çıxış edən səfir Həsən Məmmədzadə müsabiqə elan olunduqdan sonra təqdimatın birinci olaraq Litvada keçirildiyini iştirakçıların diqqətinə çatdırıb və litvalı QHT-lərin bu proqramda uğurla təmsil olunacaqlarına ümid etdiyini bildirib. Tədbirdə Litva-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri millət vəkili Yuras Pojela, Seymin Xarici işlər komitəsinin üzvü Mantas Adomenas, ölkənin aparıcı ali təhsil ocaqlarının rəhbərləri, nüfuzlu QHT və KİV nümayəndələri, eləcə də bir çox rəsmilər iştirak ediblər.




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Mədət Quliyevə general-polkovnik rütbəsi verildi
26.09.2018
“Cənub Qaz Dəhlizi” layihəsində ABŞ hökumətinin rolu bizim bu regiona marağımızı vurğulayır”
26.09.2018
“Akşam.com.tr”: “Azərbaycan milli silahlarına ASELSAN dəstəyi”
26.09.2018
“Azərbaycandan kənarda yaşayan soydaşlarımız öz qüvvələrini toplamalıdırlar”
26.09.2018
“Biz Ukraynada Yuri Qaqarin də olsaq...”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info