Əli Əhmədov: “İnnovativ fəaliyyət sahəsində qadınların daha fəal iştirakına ehtiyac var”
Tarix: 30.05.2018 | Saat: 17:17:00 | E-mail | Çapa göndər


“Azərbaycanda sahibkarlığın inkişafına qadınların verə biləcəyi töhfəni artırmaq qarşımızdakı vəzifələrdən biridir”. Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyinə həsr olunmuş Qadınların V Forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, innovativ fəaliyyət sahəsində qadınların daha fəal iştirakına ehtiyac var. Ə.Əhmədov bildirib ki, 2018-ci il Azərbaycanda "Xalq Cumhuriyyəti ili" elan edilib: "Bu da heç təsadüfi deyil. Bununla Azərbaycan xalqı həmin dövr tariximizə olan dərin ehtiramını bildirir. Azərbaycan Xalq Cumhuriyyəti çox yaşaya bilməsə də, onun qoyduğu ənənələr yaşayıb. Azərbaycan qadınlarının hələ 100 il əvvəl ictimai həyatda yaxından iştirak etməsi üçün addımlar atılıb". Baş nazirin müavini qeyd edib ki, bu gün Azərbaycan cəmiyyətinin inkişafına qadınlar xüsusi töhfələrini verirlər: "Azərbaycan qadınlarının bir çox fəaliyyət sahələrində təmsilçilik faizi kişilərdən çoxdur. Təhsil, səhiyyə sahəsində çalışan qadınların sayı kişilərdən daha çoxdur. Əlbəttə, biz bütün bunlarla qürur duyuruq. Amma eyni zamanda irəliyə baxırıq. Qadın hüquqlarının təmini üçün yeni vəzifələr ortaya çıxır. Düzdür, idarəçilik sistemində təmsil olunan, ictimai-siyasi fəaliyyət üzrə çalışan qadınların sayı artır. Amma parlamentdə qadınların təmsilçilik faizinin 20 faizdən aşağı olması, bələdiyyədə qadınların təmsilçilik faizinin 40 faizdən çox olmaması bizi düşündürməlidir".

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
“The Washington Times“: Müstəqil Azərbaycan 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi üçün ən yaxşı dəyərdir
19.01.2019
Bakıdakı 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti Zimbabve Prezidentində böyük maraq doğurub
18.01.2019
Azərbaycanın müstəqil siyasətinə heç bir kənar qüvvə təsir edə bilməyəcək
18.01.2019
TÜRKSAM: “Azərbaycanın regionda dəyəri artır”
18.01.2019
Rusiya XİN-dəki ermənipərəstlər Rusiya-Azərbaycan əlaqələrindən narahatdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info