“Elmi araşdırmalar və müasir texnologiyalar” adlı maarifləndirici təlimlərə başlanılıb
Tarix: 30.05.2018 | Saat: 17:51:00 | E-mail | Çapa göndər


M.Ə.Rəsulzadə bələdiyyəsi ictimai-humanitar sektorun təşkilatçılığı ilə “Elmi araşdırmalar və müasir texnologiyalar” adlı maarifləndirimə layihəsinə start verilib. Layihənin “Təbiət və səmərəli texnologiya” mövzusunda ilk seminarı qəsəbə ərazisində yerləşən Namiq Fərəczadə adına 100 saylı tam orta məktəbdə keçirilib. Keçirilən seminarda M.Ə.Rəsulzadə bələdiyyəsinin sədr müavini Leyli Tahirova, ictimai-humanitar sektorun müdiri Günel Vahabzadə, bələdiyyə üzvləri, “Düşünən İnsan” jurnalının redaksiya heyətini üzvləri - AMEA-nın Botanika İnstitutunun elmi işçisi Ceyhunə Cəfərova, təbiətşünas, təlimçi Savalan Məmmədli və 100 saylı tam orta məktəbin VIII-IX sinif şagirdləri iştirak edib. İlk öncə qonaqları salamlayan M.Ə.Rəsulzadə bələdiyyəsinin sədr müavini Leyli Tahirova bildirib ki, layihənin məqsədi və şagirdlər üçün faydası gəncləri elmə həvəsləndirmək və onları maarifləndirmək, cəmiyyətimizdə yaşadığımız planet, ətraf mühit, canlılar və insan orqanizmi ilə bağlı bilikləri artırmaqdır. O qeyd etdi ki, müasir dövrdə hər bir dövlətin, xalqın gələcəyi və inkişaf səviyyəsi həm də onun malik olduğu elmi-mədəni potensialla ölçülür. İndiyə qədər bəşər tarixində əbədilik qazanmış dahi şəxsiyyətlərin elmə, elm xadimlərinə münasibəti, bu fəaliyyət sahəsinin inkişafına verdikləri töhfələr onların əbədiyaşarlığını təmin edən başlıca amillərdən birinə çevrilmişdir. Bu baxımdan müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan elminin inkişafındakı xidmətləri də misilsizdir. Elm sahəsində qazanılan nailiyyətləri dövlət quruculuğu prosesinin mühüm şərti kimi nəzərdən keçirmiş ulu öndərimiz Azərbaycana rəhbərliyinin bütün dövrlərində bu sahəyə diqqət və qayğısını əsirgəməmiş, daim milli elmimizin qüdrətli hamisi kimi çıxış etmişdir. O, Elmlər Akademiyasına, bütövlükdə Azərbaycan elminə, ziyalılara həmişə yüksək qiymət vermiş, diqqət və qayğı göstərmişdir. Daha sonra çıxış edən təbiətşünas, təlimçi Savalan Məmmədli canlılardan ilham alınaraq bir çox texnoloji yeniliklər əldə edilməsi, su zanbağı bitkisinin xüsusiyyətləri əsasında çirklənməyən boya maddələrinin əldə edilməsi, bayquş qanadlarından səssiz qatarlar, qutu balığından aerodinamik avtomobil, yelkən balığından effektiv mühərrik, qekkon kərtənkələsindən robotlar, hörümçək ipəyindən quşları qoruyan şüşələr, termit yuvalarından ventilyasiya sistemləri və digər bir çox müasir texnologiyaların hazırlanması barədə məlumatlar verib. Seminar ərzində slaydlar, video və şəkillər vasitəsilə bu texnoloji yeniliklərdən nümunələr təqdim edilib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info