Azərbaycanlı alim nüfuzlu beynəlxalq jurnalın üzvü seçilib
Tarix: 30.05.2018 | Saat: 18:11:00 | E-mail | Çapa göndər


Bakı Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Amil Məhərrəmov nüfuzlu beynəlxalq “Humanities and Social Science Research” (“Humanitar və sosial elmlər”) jurnalının redaksiya heyətinin üzvü seçilib.
BDU-nun Mətbuat və informasiya şöbəsindən verilən məlumata görə, “Humanities and Social Science Research” açıq girişli, "double-blind" tipli rəydən keçirilən beynəlxalq elmi jurnaldır. “IDEAS SPREAD” nəşriyyatı tərəfindən çap olunan jurnalda antropologiya, sosiologiya, siyasət, mədəniyyət, fəlsəfə, iqtisadiyyat, təhsil, menecment, incəsənət, psixologiya, arxeologiya, dilçilik, hüquq və siyasət, ədəbiyyat, fəlsəfə və din sahələri ilə bağlı elmi məqalələr nəşr olunur.
Jurnalın Böyük Britaniya və ABŞ daxil olmaqla, müxtəlif ölkələrdən nüfuzlu elm adamlarından təsis olunan redaksiya heyətinə ilk dəfə olaraq Azərbaycan elm adamı daxil edilir.
Qeyd edək ki, ölkəmizin tanınmış iqtisadçısı olan Amil Məhərrəmov, eyni zamanda, “Beynəlxalq hüquq və inteqrasiya problemləri” jurnalının həmredaktoru, “İqtisadi və siyasi elmlər” jurnalının redaksiya şurasının sədri, yeddicildlik “Böyük İqtisadi Ensiklopediya”nın Baş redaktorunun müavini, Azərbaycan Kooperasiya Universitetinin “Kooperasiya” elmi-praktiki jurnalının redaksiya heyətinin üzvüdür.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info