“Milli şura”nın tərkibi bir-birilərinə uyuşmazların qarışığıdır”
Tarix: 11.06.2013 | Saat: 00:37:00 | E-mail | Çapa göndər


“Milli şura”nın tərkibi ideoloji cəhətdən çox qarışıqdır, özü də bir-birilərinə uyuşmazların qarışığıdır”. Bu barədə “Trend”ə Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib.
Partiya sədri hesab edir ki, “milli şura”da İranın nəzarətində olan, İranın Azərbaycanda hegemonluğuna əsas qazandıranlar da var, Rusiyapərəst və Azərbaycanın xeyrinə olmayan digər qüvvələr də var: "Yəni ideoloji cəhətdən uyuşmaz bir qurumdur və bunları da bir araya gətirən hansısa maddi məqsədlərdir". Ə.Oruc vurğulayıb ki, “milli şura”da rusiyapərəst və iranpərəst qüvvələrin dominantlığı göz önündədir: "Ona görə mən “milli şura”dan yaxşı nəticə gözləmirəm, yəni, “milli şura” Azərbaycana yalnız pis şeylər edə bilər". “Milli şura”dan prezidentliyə vahid namizədin müəyyənləşdirilməsinə toxunan Ə. Oruc bu məsələnin olduqca problemli olduğunu qeyd edib: "Bu, onların daxili işləridir. Ancaq vahid namizəd oldu, ya olmadı, mən hesab etmirəm ki, bu, Azərbaycana uğur gətirən bir şəxs olacaq. Çünki bunların güvəndikləri yalnız Rusiyanın, İranın Azərbaycana təzyiqləridir".




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Ağsu dolayları qardan təmizlənsə də, gecə yollar buz bağlaya bilər
18.01.2019
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
17.01.2019
Ən faydalı on göyərti
17.01.2019
Elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb
17.01.2019
Külək dayanacağın damını uçurub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info