ASAN E-gov modeli “Tallin E-hökumət 2018” konfransında
Tarix: 30.05.2018 | Saat: 18:53:00 | E-mail | Çapa göndər


29-30 may 2018-ci il tarixində Estoniya Respublikasının paytaxtı Tallin şəhərində Estoniyanın Elektron İdarəçilik Akademiyasının təşkilatçılığı ilə beynəlxalq “Tallin E-hökumət 2018” adlı konfrans keçirilib.
“Rəqəmsal vətəndaşlar üçün idarəetmə”yə həsr olunan konfransda, müxtəlif ölkələrin elektron hökumət sahəsindəki strategiyaları, qabaqcıl təcrübələri, yeniliklər və qarşılaşıla biləcək problemlər və onların mümkün həlli yolları barəsində müzakirələr aparılıb.
Həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs ilə Estoniyanın Elektron İdarəçilik Akademiyası arasında elektron hökumətin inkişafı sahəsində əməkdaşlığın yaradılması və inkişaf etdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.
Memorandumun məqsədi tərəflər arasında elektron hökumətin inkişafı və dövlət xidmətlərinin rəqəmsallaşdırılması sahəsində əməkdaşlığın gücləndirilməsidir.
Eyni zamanda konfrans çərçivəsində “Azərbaycan və Estoniya təcrübələri: e-xidmətlər və e-şəxsiyyət" mövzusunda təşkil olunmuş sessiyada “ASAN - yeni nəsil dövlət xidmətləri: reaktiv xidmətlərdən proaktiv xidmətlərə, “one-stop shop”dan – “non-stop shop”a” adlı təqdimat edilib. Təqdimat zamanı “ASAN xidmət” təcrübəsindən və Elektron hökumət sistemindən geniş bəhs edilib, Dövlət Agentliyi tərəfindən elektron hökumət, e-xidmətlər sahəsində həyata keçirilən layihələr və görülmüş işlər ilə bağlı ətraflı məlumat verilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
AccessBank taksi xidmətləri üzrə tender elan edir
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info