İsveç ilə Danimarkanı birləşdirən sürətli metro xətti çəkiləcək
Tarix: 30.05.2018 | Saat: 19:23:00 | E-mail | Çapa göndər


İsveç və Danimarka hökumətləri Kopenhagen və Malmö şəhərlərini birləşdirən sürətli metro xətti çəkilməsini planlaşdırırlar.
AZƏRTAC xəbər verir ki, Kopenhagen meri Frenk Censen və Malmö meri Katrin Styernfeldt Cammex Malmödə keçirilən görüşdən sonrakı mətbuat konfransında bu iki şəhər arasında metropolitenin 2035-ci ilə qədər tikilə biləcəyini söyləyiblər.
Onların sözlərinə görə, sürətli nəqliyyat əlaqəsi yeni iş yerləri açılmasını təmin edəcək, sərnişinlərin yolda olma müddətini qısaldacaq və regionun investisiya potensialını yaxşılaşdıracaq.
Hazırda İsveç ilə Danimarka arasında avtomobil və dəmiryol əlaqəsi Eresunn körpüsü vasitəsilə həyata keçirilir. Yeni metro xətti bu körpüdən və Eresunn körfəzindən keçəcək.
Bu gün Eresunn körpüsündən avtomobil və dəmiryol xətlərinin ümumi buraxıcılıq qabiliyyəti 1,3 milyon nəfərdir. Metro istifadəyə veriləndən sonra isə bu rəqəm təqribən 2,3 milyona çatacaq.
Şəhərlər arasında qatarların 1,5 dəqiqə intervalla yola düşməsi nəzərdə tutulur. İki şəhər arasında yola sərf edilən vaxt 23 dəqiqə olacaq, bu isə hazırda həmin məsafənin qət edilməsi üçün zəruri vaxtdan iki dəfə azdır.
Malmö meri Katrin Styernfeldt Cammex qeyd edib ki, metro Şimali Avropanın işgüzar bazarı üçün strateji əhəmiyyət kəsb edir. Şimali Avropa ölkələri Avropanın xəritəsində daha mühüm nöqtəyə çevrilə bilərlər.
Qeyd edək ki, metro layihəsinin hazırlanması ilə əlaqədar işlərin görülməsi üçün Danimarka və İsveçin biznes nümayəndələrindən və tədqiqatçılardan ibarət məşvərət şurası yaradılıb. Yerli KİV-lərdə verilən məlumata görə, layihənin nəzərdə tutulan dəyəri 30 milyard Danimarka kronuna (təxminən 4 milyard avroya) bərabərdir.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info