Hicran Hüseynova: “Sahibkar qadınların sayı 143 mindən çoxdur”
Tarix: 30.05.2018 | Saat: 21:18:00 | E-mail | Çapa göndər


"Əvvəllər qızların peşə seçimi ilə bağlı müəyyən stereotiplər var idi. Ancaq indi biz görürük ki, iqtisadiyyat, idarəetmə, texniki və texnologiya ixtisas qrupları üzrə təhsil alan qızlarımızın, bu sahədə elmlə məşğul olan qadınlarımızın sayı ilbəil artır". Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyinı həsr olunmuş Qadınların V Forumu"nda çıxışı zamanı deyib.
H.Hüseynova bildirib ki, hazırda aktual məsələlərdən biri də gender stereotiplərinin aradan qaldırılması və peşə seqreqasiyasının düzgün tənzimlənməsidir. Digər tərəfdən isə peşələrin əmək bazarına, onun tələbatına uyğun seçilməsi də mühüm əhəmiyyət kəsb edir ki, bu, gələcəkdə insanların işlə təmin olunmasına müsbət təsir göstərəcək: "Bu gün gənc tədqiqatçılarımız təkcə ölkədə deyil, dünyada uğurlar qazanırlar. Reynerci (Rainergy) startapının təsisçiləri Reyhan Camalova və Zəhra Qasımzadə buna gözəl nümunədir və ölkəmizdə belə bir yeni nəslin formalaşması ilə fəxr edirik və dövlət tərəfindən belə gənclərə böyük diqqət yetirilir. Qadınlar təkcə elmdə deyil, həmçinin mədəniyyət, incəsənət və idmanda özünəməxsus yer tuturlar. Biz qürur hissi keçiririk ki, onlar belə yüksək nailiyyətlər əldə edir, bayrağımızı qaldırır, himnimizi səsləndirirlər".
H.Hüseynova əlavə edib ki, ölkədə biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar sahibkarlarımızda, xüsusi ilə də qadın sahibkarlarda böyük ruh yüksəkliyi yaradıb. Son illərdə qadınların sahib olduğu müəssisələrin sayının artdığı müşahidə olunur, hazırda sahibkar qadınların sayı yüz qırx üç mindən çoxdur: "Qadınların sahibkarlıq fəaliyyətini daha da gücləndirmək üçün maliyyə resurslarının əldə edilməsi, bu sahədə bilik və təcrübələrinin az olması, onlar üçün maneələr yaradan bir sıra sosial-psixoloji amillərə xüsusi diqqət ayırmaq lazımdır. Bu baxımdan qadınların peşə hazırlığı, sahibkarlıq fəaliyyəti haqqında geniş bilik və təcrübə qazanmaları üçün maarifləndirici tədbirlərin keçirilməsi vacibdir".

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Dövlət Gömrük Komitəsi şirkətlərdən imtahan götürür
16.08.2019
Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib
16.08.2019
İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşları qəbul edib
16.08.2019
Eldar Sultanov: İntiharlarla bağlı xəbərlərin KİV-də yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir
16.08.2019
Bakıda TOT kursu öz işinə başlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
4 Həyata keçirilən sosial paketlər birbaşa əhalinin rifahının yaxşılaşdırılmasına istiqamətlənib
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info