Bələdiyyə sədri Rumıniyada Avropa Şurasının konfransında iştirak edir
Tarix: 30.05.2018 | Saat: 21:20:00 | E-mail | Çapa göndər


May ayının 30-dan 31-dək Rumıniyanın Kovasna şəhərində Avropa Şurası Yerli və regional hakimiyyətlər konqresinin təşkilatçılığı ilə konfrans keçirilir. Bu barədə tədbirdə iştirak edən Azərbaycanın Yerli və regional hakimiyyət orqanlarını təmsil edən milli nümayəndə heyətinin üzvü, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov məlumat verib. Hümbət Hüseynov bildirib ki, Yerli və regional hakimiyyətlər konqresinin İdarə Heyətinin təşkil etdiyi konfrans dillərin istifadəsinə dair müxtəlif aspektlərə həsr olunacaq 4 tematik sessiyadan ibarətdir: - yerli və regional assambleyalarda dillərin istifadəsi - vətəndaşların və ərazi administrasiyasının birgə iştirakçılığı sahəsində dillərin istifadəsi - coğrafi adlarda dillərin istifadəsi - dövlət xidmətlərinin göstərilməsində bərabər hüququn təmin edilməsi məqsədilə dillərin istifadəsi. Konfransa Konqresin sədri Gudrun Mosler-Ternstrem, Ruminiya parlamentinin üzvü və sabiq Mədəniyyət naziri, həmçinin Rumıniya Macarların Demokratik İttifaqının sədri Xunor Kelemen, Kovasna Regional Şurasının sədri Sandor Tamas və Sfıntu Georgenin meri Arpad Andras Antalın çıxışları ilə start veriləcək. Tədbir Regional Dillər və ya Azsaylı Xalqların Dilləri üzrə Avropa Xartiyasının 20-ci ildönümü ilə əlaqədar, həmçinin Konqresin “Yerli və regional hakimiyyətləri tərəfindən dillərin istifadəsi”nə dair hesabatın hazırlanması çərçivəsində təşkil olunur.

Fuad




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10143

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
4 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
5 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info