“Silahı evdə açıq-aşkar formada saxlamaq yolverilməzdir”
Tarix: 30.05.2018 | Saat: 21:42:00 | E-mail | Çapa göndər


“Silahı evdə açıq-aşkar formada saxlamaq təhlükəsizlik baxımından yolverilməzdir”. Bu fikri Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Ağsuda 5 yaşlı uşağın anasını tüfəncglə güllələməsi haqda danışarkən bildirib. Onun sözlərinə görə, silahı xüsusi metal qutuda saxlamaq lazımdır. Silahın saxlandığı seyfin qalınlığı 3 mm, kilidləri isə iki dənədən az olmamalı və silahı evdə xüsusi ayrılmış yerdə və boş halda saxlanılmalıdır: "Silah olan yerdə istiliyin, yanğına qarşı tez alışan tez alovlanan maddələrin olmamasına diqqət edilməlidir. Silahın özü sahibi üçün əlavə məsuliyyət yaradır. Sizdə silahın olması pis niyyətli adamların öz əməllərini icra etmək üçün sizin evinizə qanunsuz daxil ola bilmək ehtimalı yaradar , özünüz və ailənizin təhlükəsizliyini təhdid altına atar. Ən başlıcası isə silah evdə uşağın əlinə keçə bilər və bədbəxt hadisəyə səbəb olar. Silahı mənzildə düzgün təhlükəsizlik qaydalarına uyğun formada saxlayarsa, heç bir bədbəxt hadisə baş verməz”.

E.Nurəliyev deyib ki, baş vermiş hadisədə silahın uşağın əlinə necə keçməsi maraqlıdır. Dolu vəziyyətdə və qurulan silahın tətiyinin azyaşlı uşaq tərəfindən çəkilməsi elə də çətin deyil. Əsas silahın dolu vəziyyətdə hansı səbəbdən saxlanılması təbii ki, hüquq-mühafizə orqanları tərəfindən araşdırılacaq və məsələyə hüquqi qiymət veriləcək: "Silah sahibi olan şəxs ona məxsus olan silaha görə məsuliyət daşıyır. Fərqi yoxdur o silahdan kim istifadə edib, kimin əlinə keçib və istməyərək olub. İstənilən halda silah sahibi evdə, üzərində daşıyarkən təhlükəsizlik qaydalarına riayət etməlidir. Qanuni alınan silahlar dövlət tərəfindən hamısı qeydiyyatdadır. Aidiyyəti üzrə müvafiq qurumlar tərəfindən evlərdə silahların saxlanılma şəraiti ilə tanış olunsa, nöqsanlar varsa, aradan qaldırılsa, verilən tapşırıqlar silah sahibi tərəfindən əməl olunsa daha yaxşı olar”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info