Kollecdə qanvermə aksiyası keçirilib
Tarix: 30.05.2018 | Saat: 21:43:00 | E-mail | Çapa göndər


Bu gün Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTKol) talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün könüllü qanvermə aksiyası keçirilib. Talassemiya Mərkəzindən dəvət olunan həkimlər əvvəlcə müəllim və tələbə heyətinə talassemiya xəstəliyi barədə məlumat veriblər. Bildirilib ki, "talassemiya” yunan sözü olub Aralıq dənizi anamiyası deməkdir. Talassemiya qan azlığı ilə özünü büruzə verən və genetik qan qrupuna aid olan xəstəlikdir. Daşıyıcı ata və daşıyıcı anadan talassemiya genləri alan xəstə orqanizmdə sümük iliyi çox çalışsa da, lazımi qədər normal qan hüceyrələri yetişdirə bilməyəndə anemiya, yəni qan çatışmazlığı başlayır. Bildirilib ki, talassemiya davamlı müalicə tələb edən bir xəstəlikdir. Talassemiya daşıyıcıları zahirən çox sağlam görünürlər və heç bir problemləri olmur. Ancaq talassemiya daşıyıcılarının evliliyi zamanı xəstə uşaqlar doğulur. Buna görə də insanlar ailə həyatı qurmazdan öncə qan testləri etməli, sağlamlıqlarına əmin olduqda ailə həyatı qurmalıdırlar. Həkimlər qeyd ediblər ki, talassemiya xəstəliyinə tutulmuş uşaq düzgün və vaxtında müalicə alarsa, sağlam həmyaşıdlarından heç nə ilə seçilmirlər. Bildirilib ki, talassemiyadan əziyyət çəkən xəstələr əsasən Respublika Talassemiya Mərkəzində və B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda müalicə olunurlar.

Maarifləndirmə xarakterli qısa söhbətin ardınca kollecin direktoru, filologiya üzrə fəlsəfə doktoru, əməkdar müəllim Faiq Şahbazlımüəllim və tələbələri aktiv olmağa, qanvermə aksiyasına qoşulmaqla həyat xilas etməyə səsləyib. 

Sonra aksiyaya başlanılıb. Müəllim və tələbələrin əvvəlcə qan təzyiqi ölçülüb, barmaqdan qan nümunələri götürülüb. Müayinədən uğurla keçən 25 nəfər qan verib.  

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
149 667 manat gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info