Neft Fondunda AXC-nin 100 illiyi ilə bağlı tədbir keçirilib
Tarix: 31.05.2018 | Saat: 00:23:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov, tarix elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri İradə Bağırova iştirak edib. Tədbiri giriş sözü ilə açan ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov Azərbaycan Xalq Cümhuriyyətinin bütün müsəlman Şərqində ilk demokratik, hüquqi və dünyəvi dövlət olmasını qeyd edib, Xalq Cümhuriyyətinin müasir Azərbaycanın dövlətçilik və ictimai-siyasi tarixində rolu barədə tədbir iştirakçılarına məlumat verib. İcraçı direktor qeyd edib ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının bayrağı kimi qəbul edilən üçrəngli bayraq sonralar müstəqil Azərbaycanın Dövlət bayrağı kimi təsdiqlənib. Prezidentin sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması bir daha ölkə rəhbərinin tariximizə, keçmişimizə və dövlətçilik prinsiplərinə yüksək sadiqliyinin göstəriciləridir. Daha sonra tədbirdə çıxış edən İradə Bağırova Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi ilə bağlı maraqlı mühazirə ilə çıxış edib. Tədbirin sonunda Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın prodüserliyi ilə çəkilən və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən “Son iclas” bədii-sənədli filmi nümayiş olunub.
Anar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info