“Avropanı genişmiqyaslı maliyyə böhranı gözləyir”
Tarix: 31.05.2018 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


İrana sanksiyaları daha da sərtləşdirəcəyini aşıqlayan ABŞ Avropa İttifaqına qarşı təsir rıçaqlarını işə salmağa başlayıb

Amerikalı maliyyəçi və investor Corc Soros Avropanın genişmiqyaslı maliyyə böhranı ilə üz-üzə qala biləcəyini deyib. Soros mümkün böhran üçün bir neçə səbəb göstərib. Maliyyəçi bildirib ki, səbəblərdən biri dolların avroya münasibətdə möhkəmlənməsi ola bilər. İnkişaf etməkdə olan bazarlardan kapitalın uzaqlaşması, eləcə də İranın nüvə proqramı ilə bağlı ABŞ-la Avropanın mövqelərinin kəskin fərqlənməsi bu məsələdə rol oynaya bilər. C.Soros, həmçinin inkişaf etməkdə olan ölkələrin milli valyuta məzənnələrinin düşməsini bu hadisələrlə əlaqələndirib.
Məlum olduğu kimi, Avropa İttifaqı ABŞ-ın İranla bağlı mövqeyini bölüşmür. ABŞ dövlət başçısı İranın nüvə proqramı ilə bağlı imzalanan sazişdən çıxdığını elan etsə də , Avropa İttifaqı sazişə sadiq qalıb. ABŞ-ın İrana sanksiyaları daha da sərtləşdirəcəyi nəzərdə tutulur. Bu halda Avropa İttifaqının hansı qərar qəbul edəcəyi bəlli deyil. Amma Sorosun açıqlaması göstərir ki, Vaşinqton artıq təsir rıçaqlarını işə salmağa başlayıb. Yeri gəlmişkən qeyd edək ki, Sorosun genişmiqyaslı maliyyə böhranı ilə təhdid etdiyi Avropa İranla danışıqlara başlayıb.
İran hökumətinin rəsmi nümayəndəsi Məhəmməd Bağır Nobəxt danışıqları təsdiqləyib. O qeyd edib ki, İran ABŞ-ın tətbiq etdiyi sanksiyaların təsirini azaltmaq məqsədilə digər ölkələrlə danışıqlara başlayıb. Neft tədarükünün davam etdirilməsi üçün Avropa ölkələri danışıqları davam etdirir. Yeri gəlmişkən onu da qeyd edək ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İranda 2 silahlı terror dəstəsi zərərsizləşdirilib. Bu barədə açıqlamanı İran İslam İnqilabının Mühafizəçiləri Korpusunun nümayəndəsi general Məhəmməd Rza Yəzdi verib. Generalın sözlərinə görə, xüsusi təlim keçərək İrana göndərilən terrorçular İran İslam Respublikasının qurucusu İmam Xomeyninin doğum günü tədbirlərində terror aksiyası törətməyi planlaşdırıblar. Hər il iyunun 4-də İranda İmam Xomeyninin doğum günü kütləvi tədbirlərlə qeyd olunur. Bundan istifadə etməyə çalışan terrorçular çadralı qadın paltarında imamın məqbərəsinə daxil olub partlayış törədəcəkdilər. General bəyan edib ki, İrana qarşı təxribatlara can atmaq əbəs işdir.
Anar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info