Prezident Kitabxanasının “Ramiz Mehdiyev. Elektron kitabxana” layihəsi istifadəyə verilib
Tarix: 31.05.2018 | Saat: 01:18:00 | E-mail | Çapa göndər


Prezidentin İşlər İdarəsinin Prezident Kitabxanasında görkəmli dövlət və elm xadimi Ramiz Mehdiyevin ictimai-siyasi fəaliyyətini və elmi irsini əks etdirən “Ramiz Mehdiyev. Elektron kitabxana” layihəsi istifadəçilərin ixtiyarına verilib. Elektron layihə beş fəsildən ibarətdir. “Bioqrafiya” adlanan birinci fəsildə Ramiz Mehdiyevin qısa tərcümeyi-halı öz əksini tapıb. Layihənin “Xronologiya” adlanan ikinci fəslində Ramiz Mehdiyevin həyat və fəaliyyətinin mühüm məqamları, ictimai-siyasi fəaliyyəti, elm sahəsində atdığı addımlar, təltif və mükafatları haqqında məlumatlar xronoloji ardıcıllıqla işıqlandırılıb. Akademik Ramiz Mehdiyevin Azərbaycanın dövlətçilik və fəlsəfi fikir tarixinə, müstəqil Azərbaycanda baş verən mühüm ictimai-siyasi proseslərə, qloballaşan dünyanın problemlərinə, yeni dünya düzəninə, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlət müstəqilliyinin qorunması və ölkəmizin dinamik inkişafı istiqamətində gördükləri titanik fəaliyyətlərinə aid qələmə aldığı kitabların elektron versiyaları “E-Kitablar” fəslində istifadəçilərə təqdim edilir. Bu fəsildə akademik Ramiz Mehdiyevin millətlərarası münasibətlərə, erməni iddialarına, azərbaycanlıların məruz qoyulduqları soyqırımı gerçəkliklərinə aid əsərlərinin elektron versiyaları da toplanılıb. Bu fəsildə, həmçinin müəllifin müxtəlif dillərdə çap edilən kitabları oxuculara təqdim edilir. Layihənin dördüncü fəsli “E-Məqalələr” adlanır. Bu fəslin “Elmi məqalələr” adlanan bölməsində akademik Ramiz Mehdiyevin dövri mətbuatda və elmi məcmuələrdə müxtəlif dillərdə dərc edilən məqalələrinin elektron versiyaları, həmin fəslin “Haqqında” adlanan bölməsində isə akademikin əsərləri haqqında yazılan məqalələrin və resenziyaların elektron versiyaları öz əksini tapır. Elektron kitabxananın sonuncu fəsli olan “Biblioqrafiya” fəslinin “Əsərləri” adlanan bölməsində Ramiz Mehdiyevin əsərlərinin, redaktoru və buraxılışına məsul olduğu kitabların, çıxışlarının, məruzələrinin, müsahibələrinin və məqalələrinin biblioqrafik təsviri verilir. Həmin fəslin “Haqqında” adlanan bölməsində isə akademik haqqında yazılan kitabların biblioqrafik təsviri öz əksini tapır. 2005-ci ildən bu günədək akademik haqqında dərc edilən məqalələrin Azərbaycan və rus dillərində biblioqrafiyası “Məqalələr” adlanan bölmədə ayrı-ayrı illər üzrə toplanılıb. “ramizmehdiyev.preslib.az” domenində yerləşdirilən elektron kitabxananın materialları müntəzəm olaraq yenilənilir.
Anar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
25.09.2018
AZAL yeni tipli təyyarələr üçün trenajorlar alacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info