Vergilərdən yazan müsabiqə iştirakçıları mükafatlandırıldı
Tarix: 11.06.2013 | Saat: 00:55:00 | E-mail | Çapa göndər


Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mə tbuat Şurası və Azərbaycan Respublikası Vergilər Nazirliyinin «Vergilər» qəzetinin birgə elan etdiyi «Heydər Əliyev və Azərbaycanda vergi siyasəti» mövzusundakı müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, Azərbaycanda müxtəlif istiqamətlərdə əldə olunan yüksək tərəqqi bilavasitə ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət xəttinin nəticəsidir. Bu baxımdan onun rəhbərliyi altında aparılmış vergi siyasətini xüsusi vurğulamaq lazımdır: «Vergi islahatları özünün dinamizmi və beynəlxalq standartların tətbiqi ilə böyük uğur qazanıb və hazırda Azərbaycan çevik vergi modelinə malik ölkədir. Bu model sahəni tənzimləməyə imkan verir ki, mövcud prosesin idarə olunmasında Vergilər Nazirliyi özlüyündə olduqca effektiv sistem kimi çıxış edir. Nazirlik Heydər Əliyevin müəyyənləşdirdiyi xətti daim rəhbər tutaraq fəaliyyət göstərir. Bu gün burada toplaşmağımız da həmin xəttə sadiqliyin bir nümunəsidir. Nazirliyin «Vergilər» qəzeti Mətbuat Şurası ilə birgə fərdi jurnalist yazıları müsabiqəsi keçirib. Həmin müsabiqənin qaliblərinin adları məlumdur. Belə qərara gəlmişik ki, müsabiqəyə yazı verən hər kəs mükafatlandırılsın. Buna görə də mən hamını təbrik edirəm».
«Vergilər» qəzetinin baş redaktoru Anar Əliyev çıxışında müsabiqə ilə bağlı ətraflı məlumat verib. O bildirib ki, həyata keçirilmiş təşəbbüsdən məqsəd Azərbaycanın müasir vergi sistemi ilə bağlı yenilikərin və məlumatların cəmiyyətə çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdan ibarətdir. Müsabiqə üç istiqaməti əhatə edib ki, bunlardan birincisi «Heydər Əliyevin iqtisadi inkişaf strategiyasında vergi siyasəti» adlanırdı. Həmin istiqamət üzrə 20 yazı təqdim olunmuşdu. «Nağdsız ödəniş sisteminin inkişaf istiqamətləri» adlı ikinci istiqamət üzrə təqdim olunan yazıların sayı 12 idi. Eyni sayda yazı üçüncü - «Əmək müqaviləsi: gələcəyə təminat» istiqaməti üzrə verilmişdi.
A.Əliyev müsabiqəyə ümumilikdə 44 yazının təqdim olunduğunu vurğulayıb. «Üç istiqamətin hər biri üzrə birinci, ikinci və üçüncü yeri tutanlar mükafatlandırılır. Öncə 10 həvəsləndirici mükafat nəzərdə tuturduq. Sonradan belə qərara gəldik ki, müsabiqədə iştirak edən digər jurnalistlərə də həvəsləndirici mükafat təqdim edilsin», - deyə A.Əliyev «Vergilər» qəzetinin gələcəkdə də bu kimi təşəbbüsləri davam etdirəcəyini diqqətə çatdırıb.
Qeyd edək ki, «Heydər Əliyev və Azərbaycanda vergi siyasəti» mövzusundakı müsabiqədə istiqamətlərə uyğun olaraq üç I, üç II və eyni sayda III yeri tutan jurnalistlərin hər birinə müvafiq olaraq 800, 500 və 300 manat məbləğində pul mükafatı və diplomlar təqdim olunub. 35 jurnalist həvəsləndirici mükafata layiq görülüb.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Rusiya aviaşirkəti Azərbaycana yeni reyslər açır
22.03.2019
Toxuculuq sənayesində məhsul istehsalı 50 faizə yaxın artıb
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib
20.03.2019
“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları“nda dəyişiklik edilib
19.03.2019
Azərbaycan 5 min tona yaxın şəkər ixrac edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 İraqda bərə qəzaya uğrayıb: 71 ölü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info