Tütün ürəyi məhv edir
Tarix: 31.05.2018 | Saat: 16:30:00 | E-mail | Çapa göndər


Mayın 31-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “31 May 2018-ci il: Dünya Tütünsüz Gününün 30 illik yubileyi” mövzusunda Kütləvi İnformasiya Vasitələrinin iştirakı ilə Dəyirmi Masa keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirin əsas məqsədi bu günün tarixi və bu ilki mövzusu olan “Tütün ürəyi məhv edir” devizinin açıqlaması, tütünlə mübarizə ilə bağlı dövlət səviyyəsində görülmüş işlərin müzakirəsi, bütün ictimaiyyətin diqqətinin tütünün yaratdığı acınacaqlı vəziyyətə yönəltməkdir.
Tədbiri İSİM-in direktor müavini Rahib Məmmədov açaraq tütünlə mübarizə sahəsində əldə olunmuş nailiyyətlərdən danışıb. Bildirilib ki, “Dünya Tütünsüz Günü”nün 30 illik yubileyi ərəfəsində qəbul olunmuş “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun dövlətimizin əhalinin sağlamlığının qorunması naminə atdığı çox mühüm addımdır. Bu qanunun tətbiqinin nəticələri artıq gündəlik həyatımızda özünü büruzə verməkdədir”.
İSİM-in Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev “Azərbaycanda tütünlə mübarizə qanunvericiliyin gücləndirilməsi” layihəsi çərçivəsində hələ 2016-cı ildə yaradılmış Texniki Məsləhətçi Qrupun (TMQ) qanunvericiliyin təkmilləşdirilməsi üçün verdiyi təklifləri, tütünlə mübarizənin gücləndirilməsinə dəstək üçün təşkil olunan kampaniyalar, dəyirmi masalar, media dəstəyi və digər fəaliyyətləri haqqında danışıb. O, TMQ-nin bu istiqamətdə fəaliyyətini mövcud qanunvericilik bazasının gücləndirilməsinə yönəlmiş mühüm və uğurlu addım olaraq qiymətləndirib.
Sonra çıxış edən İSİM-in həkim metodisti Lətafət Dadaşova ölkəmizdə tütündən istifadə ilə bağlı statistikanı açıqlayaraq, Dünya Səhiyyə Təşkilatına əsasən tütün tüstüsünün dünyada 8 əsas aparıcı xəstəliyin 6-nın inkişafına görə cavabdeh və risk faktoru olduğunu bildirib. O, ön sırada ürək qan-damar xəstəlikləri, ürəyin infarktı, insult, müxtəlif orqanların, xüsusilə də ağciyərlərin onkoloji xəstəlikləri, eləcə də ağciyərlərin xroniki obtruktiv xəstəliklərinin olduğunu qeyd etdi.
İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə tütündən imtina ilə bağlı maarifləndirici tədbirlərin, mühazirələrin böyük əhəmiyyət daşıdığını, xüsusən gənc nəsli bu zərərli epidemiyadan qorumaq üçün hamılıqla mübarizənin vacibliyini vurğulayıb: “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin çıxışından irəli gələn tapşırıqların icrasına dair Səhiyyə Nazirliyinin 2018-ci il üçün Tədbirlər Planı”na əsasən tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsi istiqamətində İSİM davamlı olaraq məqsədyönlü görüşlər, tədbirlər keçirmişdir və bundan sonra da bu istiqamətdə işləri davam etdirəcəkdir”.
İSİM-in Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytən Məmmədova tütünlə mübarizədə maarifləndirmə üsullarından danışaraq tədbir iştirakçılarına dünya təcrübəsindən nümunələr gətirib və tütün sənayesinin bu istiqamətdə apardığı marketinq siyasəti barədə geniş təqdimatla çıxış edib.
Tədbirdə həmçinin KİV nümayəndələrinə tütündən istifadənin fəsadları, mövcud vəziyyət, əldə olunan nailiyyətlər sahəsində İSİM tərəfindən həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info