Bu səbəblərə görə meyvə şirələrini içmək ziyanlıdır
Tarix: 31.05.2018 | Saat: 17:41:00 | E-mail | Çapa göndər


Əvvəllər meyvə şirələri ən faydalı məhsul sayılırdır. Meyvə şirələri hətta 3 ayında etibarən körpələrə ilk əlavə qida kimi verilirdi.
Lakin son elmi araşdırmalar dəfələrlə sübut edib ki, meyvə şirələri nəinki orqanizmə fayda vermir, hətta sağlamlığa ziyan vurur.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bir çox qida mütəxəssisləri ümumiyyətlə meyvə şirələrini istehlak etməyi tövsiyə etmir, onların əvəzi təzə meyvələri yeməyi məsləhət görür.
Meyvə şirələrinin bir çox ziyanlı xüsusiyyətləri var:
- Şəkərlə zəngindir ki, bu da kökəlməyə səbəb olur.
- Qanda şəkərin səviyyəsini kəskin qaldırır ki, bu da insulini ifraz edən mədəaltı vəzini yükləyir. (İnsulin qanda şəkərin səviyyəsini tənzimləyən hormondur, mədəaltı vəzi tərəfindən ifraz olunur.)
- Meyvə şirələri bütün digər şəkərlə zəngin olan qida və içkilər kimi damarların sağlamlığına mənfi təsir edir.
- Amerika alimləri tərəfindən keçirilmiş son araşdırmalar göstərib ki, meyvə şirələrinin istehlakı bağırsaq mikroflorasına mənfi təsir edir, faydalı mikrobların sayının azalmasına gətirib çıxardır.
Mütəxəssislər bir qayda olaraq meyvə şirələrini deyil, meyvələri istehlak etməyi tövsiyə edir. Meyvələrin tərkibində həzm olunmayan qidalı liflər var ki, bu liflər qanda şəkərin kəskin qalxmasının qarşısını alır, xolesterinin səviyyəsini aşağı salır, bağırsaq mikroflorasına müsbət təsir edir. Şirələrdə bu qidalı liflər yoxdur və bu səbəbdən də meyvə şirələri orqanizmə faydadan çox ziyan vurur.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Xərçəng necə yaranır?
12.10.2019
Göz üçün faydalı qidaların siyahısı
12.10.2019
Kişi sağlamlığı üçün ən faydalı maddə - Pomidor, qreypfrut və itburnuda var
09.10.2019
Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
07.10.2019
Suşinin ölümcül təhlükəsi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info