Prezident Kitabxanasının “Azərbaycan Xalq Cümhuriyyəti” elektron nəşri əsaslı surətdə yenilənib
Tarix: 31.05.2018 | Saat: 17:46:00 | E-mail | Çapa göndər


Azərbaycanın zəngin dövlətçilik tarixinin mühüm mərhələsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə həm ölkədə, həm də xaricdə silsilə tədbirlər keçirilir. 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi Cümhuriyyət tarixinin şanlı və ibrət götürüləsi səhifələrinin yenidən vərəqlənməsini, yeni-yeni əsərlərin yazılmasını və virtual məkanda yayılmasını zəruri edir.(Azərtac)
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında “Virtual Azərbaycan tarixi” layihəsi çərçivəsində 2014-cü ildə Azərbaycan, rus və ingilis dillərində tərtib edilən “Azərbaycan Xalq Cümhuriyyəti” adlı elektron nəşri yubiley ərəfəsində əsaslı surətdə yenilənərək, əlavə edilmiş yeni bölmələrlə birlikdə istifadəçilərin ixtiyarına verilib. Kitabxana əməkdaşlarının müxtəlif mənbələrdən və nəşrlərdən toplayaraq ərsəyə gətirdikləri bu elektron nəşr Xalq Cümhuriyyətinin fəaliyyətinin bütün mühüm istiqamətlərini özündə əks etdirən və virtual məkanda yerləşdirən yeganə resursdur.
Prezident Kitabxanasından AZƏRTAC-a bildirilib ki, yenilənmiş elektron nəşr 8 fəsildən və 25 alt bölmədən ibarətdir.
Elektron nəşrin “Yaranması və fəaliyyəti” adlanan birinci fəslində Azərbaycan Xalq Cümhuriyyəti haqqında ümumi məlumat, Milli Şuranın, parlamentin və hökumətin tərkibi və fəaliyyəti barədə materiallar öz əksini tapıb. Cümhuriyyətin ərazisi və əhalisi haqqında məlumatlar da bu fəsildə verilib. Həmçinin Cümhuriyyət dövründə təhsil və mətbuat haqqında məlumatlar ayrı-ayrı bölmələrdə təqdim edilir. Fəslin “Diplomatik əlaqələr” bölməsində Cümhuriyyətin diplomatik əlaqələri və xarici dövlətlərin Azərbaycandakı diplomatik missiyaları haqqında məlumat yer alıb. Cümhuriyyət xadimləri haqqında bioqrafik məlumatlar da ayrıca bölmədə oxuculara təqdim edilir. Xalq Cümhuriyyətinin yaranması ərəfəsində və mövcud olduğu dövrdə baş vermiş mühüm hadisələr “Xronologiya” bölməsində əks etdirilib.
“Rəmzlər və atributlar” adlanan ikinci fəsildə Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzləri və atributları (bayraq, gerb, himn, ordenlər və medallar, pul vahidləri, dövlət dili və ordu) haqqında zəruri məlumatlar əyani təsvirlərlə istifadəçilərə təqdim edilir.
Elektron resursun “Sənədlər” fəslində “İstiqlal bəyannaməsi”nin, parlamentin yaradılması, Cümhuriyyətin süqutu haqqında qərarların mətnləri, Azərbaycanın dövlət müstəqilliyini yenidən bərpa etməsindən sonra Xalq Cümhuriyyəti ilə bağlı verilən sərəncamların və qəbul edilən qərarların mətnləri, həmçinin dövlətimizin başçılarının müxtəlif illərdə Respublika Gününə həsr edilmiş mərasimlərdə söylədikləri nitqlərin və müraciətlərinin mətnləri yerləşdirilib.
“E-Kitablar” fəslində Prezident Kitabxanası əməkdaşlarının elektron versiyalarını hazırladıqları Azərbaycan, ingilis və rus dillərində 160-dək kitab oxucuların ixtiyarına verilir.
“E-Məqalələr” fəslində isə Xalq Cümhuriyyəti ilə bağlı 2008-ci ildən etibarən dövri mətbuatda və elmi məcmuələrdə Azərbaycan, ingilis və rus dillərində dərc edilmiş seçmə məqalələrin elektron versiyaları təqdim edilir.
Elektron nəşrin “Biblioqrafiya” fəslində kitabxananın fonduna bu mövzu ilə bağlı daxil olan kitabların və dövri mətbuatda dərc edilən məqalələrin biblioqrafik təsviri verilir.
“Xəritələr” fəslində Paris sülh konfransına təqdim edilən və Cümhuriyyət dövrünün qəzalar üzrə inzibati-ərazi bölgüsünü əks etdirən xəritələr toplanıb.
Sonuncu - “Fotoarxiv” fəsli bir sıra sənədlərin surətləri və nadir fotoşəkillər əlavə edilməklə daha da zənginləşdirilib.
Məzmun və struktur baxımından xeyli dərəcədə zənginləşən bu elektron nəşr müsəlman Şərqində ilk dünyəvi və demokratik dövlət olan, dövlətçilik tariximizə parlaq səhifələr yazan Azərbaycan Xalq Cümhuriyyətinin tarixini öyrənənlər üçün əvəzsiz internet resursudur.
http://axc.preslib.az domenində yerləşdirilən elektron nəşr mütəmadi olaraq yenilənilir.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
BAMF-in Yüksək Səviyyəli Siyasi Forum üzrə bəyanatı BMT-də təqdim olunacaq
19.06.2019
Elmar Məmmədyarov Con Boltonla Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edib
19.06.2019
Yaponiya ilə Azərbaycan arasında viza sadələşdirilməsi istiqamətində işlər aparılır
19.06.2019
Yaxın Şərq: dörd istiqamətdə geosiyasi gərginlik
19.06.2019
“Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə“ mövzusunda beynəlxalq konfrans

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10810

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info