Gürcüstan Azərbaycanın təcrübəsindən faydalanacaq
Tarix: 11.06.2013 | Saat: 00:59:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev Gürcüstanın işğal olunmuş ərazilərdən daxili köçkünlər və qaçqınlar üzrə naziri David Daraxvekidzenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Gürcüstan hərbçilərinin Əfqanıstanda faciəli surətdə həlak olmaları ilə əlaqədar Gürcüstan rəhbərliyinə və Gürcüstan xalqına başsağlığı verib.
Gürcüstanın işğal olunmuş ərazilərdən daxili köçkünlər və qaçqınlar üzrə naziri David Daraxvekidze başsağlığına görə dövlət başçısına minnətdarlığını bildirib.
Nazir Prezident İlham Əliyevin Gürcüstana və gürcü xalqına xeyirxah və səmimi münasibətinin ölkəsinin Baş naziri tərəfindən yüksək qiymətləndirildiyini deyib. David Daraxvekidze Baş nazir Bidzina İvanişvilinin, həmçinin son illər Azərbaycanın əldə etdiyi uğurları, şəxsən Prezident İlham Əliyevin Azərbaycan xalqının rifah halının yüksəldilməsi, xüsusilə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işləri də yüksək dəyərləndirdiyini qeyd edib. O, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı Gürcüstanın Azərbaycanın təcrübəsindən faydalanmaq niyyətində olduğunu bildirib.
Gürcüstanın Baş naziri Bidzina İvanişvilinin Azərbaycana səfərini məmnunluqla xatırlayan dövlət başçısı həmin səfər zamanı ölkələrimiz arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin, strateji tərəfdaşlıq əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri ilə bağlı səmərəli müzakirələr apardıqlarını vurğulayıb. Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərin problemlərinin həll ilə bağlı məsələlərin ölkəmiz üçün prioritet olduğunu deyib. Bu sahədə Azərbaycanın yaxşı təcrübəyə malik olduğunu qeyd edən dövlət başçısı qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların maddi təminatı və cəmiyyətə inteqrasiya olunması istiqamətində böyük işlərin görüldüyünü və əldə olunan nəticələrin nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirildiyini diqqətə çatdırıb.




 
Bölməyə aid digər xəbərlər
01.12.2020
Azərbaycanda 4 426 nəfər COVID-19-a yoluxub, 1 995 nəfər sağalıb, 41 nəfər vəfat edib
01.12.2020
Laçında qalmaq istəyirdilər, ruslar bayraqlarını çıxartdı
01.12.2020
Füzulidə her şey dağıdılıb - Rusiyanin “Dojd“ telekanalının reportajı -VIDEO
01.12.2020
Ermənilər Laçını da bu cür tərk edir - VIDEO
30.11.2020
Türkiyəli minaaxtaranlar işğaldan azad edilmiş Azərbaycan torpaqlarında əməliyyatlara başlayıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12008

1 “Ezo gəlin” şorbası necə bişirilir?
2 Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
3 Strakonikeia Antik şəhərində mifoloji maskalar aşkar edilib
4 Yeni Zelandiyada 100-dən çox delfin özünü sahilə atıb
5 Zabitimizdən ermənilərə: Rədd olun, bura bizim ərazidir! - VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info