Kişilərin sayının artması müəyyən problemlərə səbəb ola bilər
Tarix: 31.05.2018 | Saat: 19:06:00 | E-mail | Çapa göndər


"Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da gender bərabərliyi sahəsində bir sıra problemlər qalmaqdadır. Bu gün Azərbaycanda doğulan uşaqlar arasında cins nisbətinin ciddi şəkildə pozulması bu baxımdan xüsusi diqqət tələb edir".
Trend-in məlumatına görə, bunu BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev "Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi" adlı pilot layihənin yekun konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu fonemenlə bağlı apardıqları son araşdırma zamanı məlum olub ki, bu vəziyyət gələcəkdə əhalinin ümumi strukturu və dinamikası baxımdan xoşagəlməz nəticələrə səbəb ola bilər:
"Kişilərin sayının həddindən artıq çoxalması onların ailə qurmaq üçün partnyor tapa bilməməsinə, eyni zamanda, ölkədə zorakı davranış hallarının geniş yayılmasına, ümumi kriminogen durumun daha da ağırlaşmasına, gəlinqaçırma, erkən nikah, insan alveri və s.-yə səbəb ola bilər. Bu fenomenin qarşısının alınması artıq neçə illərdir ki, BMT-nin Əhali Fondunun əsas fəaliyyət prioritetlərindəndir. Bu istiqamət üzrə Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq şəraitində müxtəlif layihələr həyata keçiririk".

Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
“Bizim həyət”: abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib
18.02.2019
Sahil Babayev Sabirabad rayonunda 4 şəhər və rayonun sakinləri ilə görüşəcək
18.02.2019
Yaxın günlərdə Azərbaycanda ilk “DOST” mərkəzi açılacaq
18.02.2019
“ASAN xidmət”in səyyar avtobusunun növbəti dayanacağı Biləsuvar olub
18.02.2019
Bu günədək 3758 şəhid üzrə 5144 vərəsəyə birdəfəlik ödəmə verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info