Paşinyanın antirusiya mövqeyini təsdiqləyən qərarlar
Tarix: 01.06.2018 | Saat: 01:42:00 | E-mail | Çapa göndər


Rusiyaya yaxınlığı ilə seçilən oliqarxların, deputatların obyektlərində aparılan axtarışlar, yüksək çinli hərbçilərin vəzifədən uzaqlaşdırılması Paşinyan və onu hakimiyyətə gətirən dairələrin Rusiyanın əleyhinə olan qüvvələr olduğunu üzə çıxarır

“Jam” telekanalına verdiyi eksklüziv müsahibəsində Ermənistanın xarici işlər naziri Zohqrab Mnasaknyan Azərbaycan və Ermənistan rəhbərlərinin ehtimal olunan görüş vaxtının müəyyənləşdirilməsində tələskənliyə yol verməməyə çağırıb. Bununla belə, o, aylar deyil, bəlkə də həftələr sonra belə bir görüşün ola biləcəyini qeyd edib. Belə görünür ki, danışıqlar prosesinin bərpası məsələsi diplomatik kanallar vasitəsilə müzakirə olunur. Lakin digər tərəfdən, danışıqlar prosesinin yenidən başlanması üçün heç bir müsbət siqnal olmaması ilə bağlı xəbərlər də dolaşmaqdadır”. Bu fikirlər ermənilərin “1in.am” saytında yer alan məqalədə qeyd edilib. Saytın iddiasına görə, Ermənistanda baş verən məxməri inqilab danışıqlar prosesində Ermənistanın mövqeyini qeyri-müəyyən edib. Sayt hesab edir ki, Qarabağa səfər edən Paşinyan oradakı çıxışı zamanı danışıqlarda qondarma qurumun da tərəf kimi iştirakının vacib olduğunu deyib. Amma onun bu mövqeyi, təkcə Bakı tərəfindən yox, eləcə də vasitəçilər və beynəlxalq qurumlar tərəfindən dəstəklənmir. Qarabağ üzrə beynəlxalq ekspertlərdən olan Tomas de Vaal bu məsələ ilə bağlı geniş bir məqalə ilə çıxış edib. Ekspert qeyd edib ki, Paşinyanın təklifinin reallaşması mümkün deyil: “Amma bir məsələ də var ki, burda təkcə ermənilər deyil, vaxtilə Qarabağda yaşamış azərbaycanlılar da nəzərə alınmalıdır. Belə bir konfiqurasiya isə erməni tərəfinə sərf etmir. Digər tərəfdən, beynəlxalq ictimaiyyət hesab edir ki, Ermənistanda inqilab parlament seçkilərindən sonra başa çatmış olacaq. Ona görə də Paşinyan hökumətinə müvəqqəti yanaşılır. Ona görə də önümüzdəki aylarda da vasitəçilərin əsas missiyası mövcud status-kvonu saxlamaq olacaq. Bu, mühüm əhəmiyyətə malikdir və yaxın aylarda daxili problemlərə diqqət ayırmaq istəyən Ermənistan hökumətinin maraqlarına uyğundur. Danışıqlar prosesinin pozulması məxməri inqilabın müsbət təsirini ciddi şəkildə təsir edə bilər”. Qeyd edək ki, Paşinyan hakimiyyətə gələndən sonra İrəvanın mövqeyi ilə bağlı qeyri-müəyyənlik hələ də davam edir. İnqilab günlərində qərb tərəfindən dəstəklənən Paşinyan antirusyia mövqeyindən çıxış edirdi. Amma onun bu mövqeyi sonradan Soçidə Rusiya dövlət başçısı Putinlə görüşdən sonra bir qədər dəyişdi. Bu onun ritorikasından da hiss olunurdu. Amma ABŞ səfiri ilə keçirilən görüşlər öz təsirini verməkdədir. Belə ki, Paşinyan Ermənistan hakimiyyətinin müxtəlif qollarında əyləşən Rusiya ilə sıx əlaqələrin tərəfdarlarını hakimiyyətdən uzaqlaşdırmaqdadır. Buna ən bariz nümunə Müdafiə Nazirliyidir. Rusiyaya yaxınlığı ilə seçilən baş qərargah rəisinin vəzifəsindən uzaqlaşdırılması təsdiq edir ki, Paşinyan antirusiya mövqeyindədir və belə qərarlar davamlı olacaq. Onun qeyri-ardıcıl addımları qeyri-müəyyənlik pərdəsini artırır. Amma Rusiyaya yaxınlığı ilə seçilən oliqarxların, deputatların obyektlərində aparılan axtarışlar, yüksək çinli hərbçilərin vəzifədən uzaqlaşdırılması Paşinyan və onu hakimiyyətə gətirən dairələrin Rusiyanın əleyhinə olan qüvvələr olduğunu təsdiqləyir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info