Əli Kərimlinin maliyyə maxinasiyalarının üstü açılıb
Tarix: 01.06.2018 | Saat: 01:44:00 | E-mail | Çapa göndər


Onun xaricdən göndərilən yüz minlərlə dolları partiya işinə yox, özünə sərf etməsi rəhbəri olduğu qurumda ciddi narazılıq yaradıb

Azərbaycan ictimaiyyəti dəfələrlə müxalifətin milli maraqlara zidd fəaliyyətinin və şəxsi maraqlar üzərində iş görməsinin şahidi olub. Maraqlıdır ki, bu baxımdan hər zaman radikal müxalifət partiyası olan Azərbaycan Xalq Cəbhəsi Partiyası öndə olub. Əli Kərimli isə AXCP sədri olaraq ana müxalifət imici formalaşdırmağa çalışsa da, etdiyi minlərlə bəd əməllər onu bu “ana”lıqdan məhrum edib. Son illər partiyadan kütləvi şəkildə qopmalar, ayrıca, partiyadaxili ziddiyyətlərin daimi artması Əli Kərimlini müxalifət nümayəndəsi olaraq daha da gözdən salıb. Xüsusən onun şəxsi maraqlarını düşünməsi artıq partiya fəaliyyətini arxa plana keçirib. Bu gün Əli Kərimli partiya adından istifadə edib qeyri-qanuni pullar əldə etməklə siyasət səhnəsindən kriminal dünyasına keçib. Medianın yazdığına görə hər ay Rusiyadan AXCP-yə 30 min dollara yaxın pul daxil olurmuş. Bu vəsait partiya üzvlərinə siyahı üzrə göndərilirmiş. İndi aşkar olur ki, Əli Kərimli bu pulları təkbaşına mənimsəyib.
Qeyd edək ki, xaricdən AXCP-yə 412 min dollar çirkli pul köçürülməsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi qaldırılıb. İş üzrə dindirilmiş şəxslər Əli Kərimlinin də adını hallandırıblar. Hazırda Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin aidiyyəti qurumları tərəfindən cinayət işi üzrə hərtərəfli və obyektiv istintaq aparılmaqla, təqsirkar şəxslərin dairəsinin tam müəyyənləşdirilərək, məsuliyyətə cəlb olunmaları istiqamətində qanunvericilikdə nəzərdə tutulan zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Artıq partiyada ona qarşı ciddi etirazlar baş qaldırıb. AXCP sədri isə bu etiraz dalğasının qarşısında tab gətirə bilmir. Partiyadaşları Əli Kərimlidən hesabat tələb edirlər. Çünki Kərimli bu pulların hesabatı ilə bağlı saxta rəqəmlər səsləndirirmiş. O, hər ay 500 və ya 1000 dollar pul aldığını deyirmiş. Lakin ifşa olunandan sonra faktları gizlədə bilmir. Artıq bu kimi maxinasiyalarına görə həbs olunmaq təhlükəsi Əli Kərimlinin başının üzərini alıb. O da vəziyyətdən çıxmaq üçün yeni yollar axtarmağa çalışır. Bunun üçün sosial şəbəkələrdə aktivlik göstərir, diqqəti öz üzərindən yayındırmağa çalışır. Maliyyə çirkabına batmış Əli Kərimlini artıq öz ətrafı da belə, müdafiə etməkdən çəkinir. Hətta sosial şəbəkələrdə ona qarşı qara kampaniya aparırlar. Maraqlıdır ki, onun əldə etdiyi vəsaitdə “milli şura” üzvlərinin da payı var imiş. Bu rüsvayçılıqdan sonra “milli şura” üzvləri arasında da kəskin narazılıq yaranıb. Artıq AXCP-“milli şura” birliyinin faktiki olaraq dağılmağa başlanıldığı görünür. Əlbəttə, bunun belə olacağı əvvəlcədən aydın idi. “Milli şura”ının heç də milli maraqlar üzəridən yaradılmadığı məlum idi. Bu layihə yeni maliyyə qaynağı tapmaq üçün həyata keçirilirdi. Əslində, elə maliyyə qaynaqları tapıldı da... Lakin bu yağlı tikəyə təkcə Kərimli sahib oldu. Qalanlarına isə ağızlarının suyu axa-axa uzaqdan baxmaq qaldı. Belə olan halda “milli şura”nın siyasi səhnədən silinəcəyi şəksizdir.
Belə məlum olur ki, AXCP siyasi qurum deyil, çirkli pulların yuyulması üçün vasitə olub. Bu “pulkəsən maşın” da ancaq elə Əli Kərimliyə işləyirmiş. Görünür, bahalı maşınlar, dörd tərəfdən mühafizəçilər, Londonda villa, biznes və s.”nailiyyətlər” bunun hesabına imiş. Belə olduğuna görə də, Əli Kərimlinin oğlu xaricdəki barlarda pulu göyə sovururmuş.
Əli Kərimli əksər zamanlarda aldadılmış insanları dövlətə qarşı yönəltməyə və öz çirkin məqsədləri üçün istifadə etməyə çalışıb. Onun ideyadaşlarına, o cümlədən mərhum lideri Elçibəyə siyasi olaraq xəyanəti çoxlarına məlumdur. Xəyanətə vərdiş edən Kərimli maliyyə maxinasiyalarında da, öz yolunu davam etdirib. Lakin indi yolun sonuna çatıb. Başqalarına şər, böhtan atan AXCP sədri öz maliyyə fırıldaqlarına görə qanun qarşında cavab verməli olacaq.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info