Həştərxanda Azərbaycan İş Mərkəzinin açılışı olub
Tarix: 01.06.2018 | Saat: 02:05:00 | E-mail | Çapa göndər


Leyla Əliyeva: “Azərbaycan və Heydər Əliyev Fondu Həştərxanda layihələrini davam etdirəcək”

Əli Həsənov: “Rusiya ilə əməkdaşlıq bu gün də Azərbaycan xarici siyasətinin prioritet istiqamətlərindən biridir”

“Həştərxan və Azərbaycan arasında əlaqələr qədim tarixə malikdir. Bu gün açılışı olacaq Azərbaycan İş Mərkəzi bu əlaqələrə müsbət təsir edəcək. Həştərxanla Azərbaycan arasında bir çox sahələrdə əlaqələr inkişaf edir. İqtisadi sahədə əməkdaşlıqla yanaşı, humanitar sahədə də əməkdaşlığı inkişaf etdiririk. Azərbaycanın ali məktəbləri ilə Həştərxanın ali məktəbləri arasında əməkdaşlığın potensialı var”. APA-nın xəbərinə görə, bu sözləri Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə görüşdə deyib. L. Əliyeva qarşı tərəfə Azərbaycan Prezidentinin salamlarını çatdırıb. O, Heydər Əliyev Fondunun layihələri çərçivəsində Həştərxanda görülən işlərdən danışıb: “Ümid edirəm ki, Azərbaycan dövləti, Heydər Əliyev Fondu bundan sonra da Həştərxanda layihələrini davam etdirəcək”. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxışında bildirib ki, Rusiya ilə əməkdaşlıq bu gün də Azərbaycan xarici siyasətinin prioritet istiqamətlərindən biridir. O qeyd edib ki, prezidentlər İlham Əliyev və Vladimir Putinin uzaqgörən siyasəti, göstərilən birgə səylər nəticəsində Azərbaycan-Rusiya əlaqələri müasir dövrdə strateji əməkdaşlıq səviyyəsinə qalxıb: “Ölkə başçısı İlham Əliyevin də dediyi kimi, liderlərimiz arasında qapalı qalan məsələ yoxdur və həlli tələb olunan bir məsələ də mövcud deyil. Ötən il Azərbaycan və Rusiya diplomatik əlaqələr qurulmasının 25 illiyini qeyd etdilər. Bu 25 il ərzində ölkələrimizin mehriban qonşuluq və qarşılıqlı hörmət əsasında əlaqələrdə müşahidə olunan müsbət təcrübəni nəinki qoruması, həm də artırması məmnunluq hissi yaradır. Ötən illər ərzində siyasi, ticari-iqtisadi və humanitar sahələrdə əlaqələr nəzərəçarpacaq dərəcədə möhkəmlənib. Rusiya Federasiyasının subyektləri ilə regionlararası əlaqələr dərinləşib. Son 10 il ərzində Azərbaycanla Həştərxan vilayəti arasında 4 sənəd imzalanıb. Bu sənədlər sosial-iqtisadi, ticarət, elmi-texniki və humanitar sahələri əhatə edir. Bu sənədlər bizi daha da yaxınlaşdırır və əməkdaşlığın üfüqünü genişləndirir. Yüksək səviyyəli şəxslərin qarşılıqlı səfərləri, sadə insanlar arasında əlaqələr, təcrübə mübadilələri müxtəlif səviyyələrdə əməkdaşlığın qurulması və möhkəmlənməsinə xidmət edir. Əlaqələrimizin nə qədər inkişaf etməsinə Həştərxanda Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən sosial layihələr bariz nümunədir. Bir neçə il əvvəl fondun xətti ilə 11 saylı məktəb bərpa edilib və uşaq bağçası tikilib. Xalqlarımız arasında dostluğun güclənməsinə Azərbaycan diasporu böyük töhfə verir. Diaspor vilayətin ictimai siyasi, sosial-iqtisadi və mədəni həyatında aktiv iştirak edir”. İqtisadiyyat naziri Şahin Mustafayev çıxışında Azərbaycan-Rusiya əlaqələrinin səviyyəsindən danışıb. İki ölkə arasında münasibətlərin strateji əməkdaşlıq xarakter daşıdığını söyləyən nazir ötən il ticarət dövriyyəsinin həcminin 22 faiz, bu ilin birinci rübündə isə 30 faiz artdığını vurğulayıb: “Əminəm ki, Həştərxanda Azərbaycan İş Mərkəzinin açılması iki ölkə arasında iqtisadi əməkdaşlığa böyük impuls verəcək”. Nazir Həştərxan vilayətinin rəhbərliyini və iş adamlarını bu ilin sentyabrında Gəncə şəhərində keçiriləcək regionlararası foruma dəvət edib. Sonda çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycanın Rusiyanın regionları ilə əməkdaşlığa xüsusi önəm verdiyini nəzərə çatdırıb. Daha sonra Həştərxan şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən Azərbaycan İş Mərkəzinin açılışı olub. Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin, Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov, iqtisadiyyat naziri Şahin Mustafayev, Heydər Əliyev Mərkəzinin icraçı direktoru Anar Ələkbərov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, I vitse-prezidentin köməkçisi Yusif Məmmədəliyev, Bakının Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyev və hər iki ölkədən olan iş adamları iştirak ediblər. Mərasimdə Həştərxan qubernatoru Aleksandr Jilkin və Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev çıxış ediblər. Daha sonra "Made in Azerbaijan" brendi adı altında Azərbaycan istehsalçılarının mal və xidmətlərinin sərgisinə baxış keçirilib.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Milliyet.com.tr”: “Müdafiə sənayesi gücünü Azərbaycanda göstərəcək”
24.09.2018
Monqolustan Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
24.09.2018
Mühacirətdəki müxaliflərin dini təbliğat aparmalarının səbəbi nədir?
24.09.2018
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı məlum olub
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info