Hər bir azərbaycanlı Qarabağı, Şuşanı öz evi bilməlidir
Tarix: 11.06.2013 | Saat: 01:06:00 | E-mail | Çapa göndər


“Ya Qarabağ, ya Ölüm” adlı filmin təqdimat mərasimi keçirildi

Sona Vəliyeva: “Qarabağ məsələsində hamımız bir düşüncədə olmalı, bir amal uğrunda mübarizə aparmalıyıq”


“Kaspi” qəzeti və Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı, Xocavənd Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə çəkilən “Ya Qarabağ, ya Ölüm” adlı filmin təqdimat mərasimi keçirildi. Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Əflatun Amaşov film haqqında məlumat verərək bildirdi ki, film Azərbaycan mədəniyyəti, işğala məruz qalan torpaqlar və Qarabağ atlarından bəhs edir:
“Filmin ana xətti Vətənə sevgi, məhəbbətdir.Yaradıcılığımızda müxtəlif mövzulu əsərlər yaratmaq olar. Lakin həmin əsərlərin ana xəttini Vətənə sevgi təşkil etməsə, o əsər uzun müddət yaşaya bilməz. Bu film də demək olar ki, Vətənlə, işğal olunmuş torpaqlarımız, Qarabağ atları, mədəniyyətimiz və tariximizlə bağlıdır. Bu gün bizim güclü dövlətimiz var. Əminik ki, torpaqlarımızı qaytaracağıq”.
Bundan sonra filmdə “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyevanın “Vətən”, “Yurd həsrəti” şeirlərindən, professor Səyavuş Kəriminin Şuşaya səfər təəssüratları, Əhməd Şəfəqin “Qarabağ” və “Sarı gəlin” mahnıları, Ozan Arifin “Ya Qarabağ, ya ölüm” şeiri, Mənsum İbrahimov və Səadət Cavadovanın ifasında “Qarabağ şikəstəsi”, Əsəd Kabaklının “Çabuk böyü, mabuk yetiş, tez, oğlum” mahnısından istifadə olunan, Prezident İlham Əliyevin “Gün gələcək bizim bayrağımız Xocavənddə və Şuşada dalğalanacaq” sözləri ilə başlanan 45 dəqiqəlik film nümayiş olundu.
Film haqqında danışan “Kaspi” qəzetinin təsisçisi, filmdəki şeirlərin müəllifi Sona Vəliyeva bildirdi ki, doğulduğu bölgədən asılı olmayaraq, hər bir azərbaycanlı Qarabağı, Şuşanı öz evi bilməlidir: “Film atlarla başlayır. Çünki at muraddır, böyük gücün, etibarın ifadəsidir. Bu atlar filmdə türkçülük, azərbaycançılıq simvoludur. Atı ilk dəfə türk ram edib. Biz ümid edirik ki, işğal olunmuş torpaqlarımızı geri qaytaracağıq. Bu gün hər birimiz Şuşanı öz evimiz bilməliyik. Şuşa hər birimizin qapısı bağlanan evimizdir. Biz o qapını açmalıyıq və bundan sonra Şuşanın qədrini bilməliyik. Mən Şuşanı görməmişəm, amma mənə elə gəlir ki, Şuşa mənim evimdir. Qarabağ məsələsində millətin iqtidar və ya müxalifət olmasından asılı olmayaraq, hamımız bir düşüncədə olmalı, bir amal uğrunda mübarizə aparmalıyıq. Qarabağ, Şuşa hər birimizin qəlbində bir yanğıdır. Şuşa hamımızın dərdi, yaralı yeridir. İnanıram ki, bir daha o yerlərə qayıdacağıq. Ölkənin birinci xanımı, millət vəkili Mehriban Əliyeva bildirib ki, hər birimiz şuşalıyıq. Mən hər zaman “Qarabağ şikəstəsi”ni dinlərkən nə üçün onda bir yanğı olduğunu fikirləşmişəm. Bu yəqin ki, Şuşanın həmişə namərdlə üz-üzə durması, millətimizin hər zaman ayıq olması ilə bağlı ola bilər. Biz həddən artıq səmimiyyətin, qonaqpərvərliyin cəzasını çəkirik. Ermənilərə torpağımızda yaşamağa yer verdiyimiz üçün onun cəzasını çəkirik. Torpaq var ki, oraya təmiz girmək lazımdır. Biz xain, murdar bir millətə orada yaşamağa icazə verdik. Şuşa Azərbaycanın bir parçasıdır, mənəviyyatıdır. Şuşa Azərbaycanın mədəniyyət zirvəsidir. Ölkə başçısı da bildirib ki, əgər lazım gələrsə torpaqlarımızı düşmən işğalından azad etməyə gücümüz çatar. İnşallah, Şuşaya qalibiyyətlə gedərik və bu filmin ardını orada çəkərik. Filmin ssenari müəllifi Bəxtiyar Qaracaya, filmin çəkilişində iştirak edən hər kəsə təşəkkür edirəm”.
Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Ahmet Arslan bildirdi ki, insan ailəsiz yaşaya bilər, amma Vətənsiz yaşaya bilməz. Qarabağın hər birimiz üçün qanayan bir yara olduğunu deyən səfirlik nümayəndəsinin sözlərinə görə, Qarabağ Azərbaycan və türk milləti üçün mədəniyyət dünyasına çox şey çatdırır: “İşğalda olmasına baxmayaraq Qarabağ bizə bu gözəlliyi hələ də verə bilir. Ən önəmli amil odur ki, Qarabağ deyincə, hamımız bir arada ola bilirik. Ancaq bu bir faktdır ki, Ermənistan bu gün rahat yata bilmir. Çünki hər gün Azərbaycanın öz torpaqlarını geri alacağı düşüncəsini yaşayır. Ermənistanın bu vəziyyətdə çox qala bilməyəcəyini düşünürəm. Qələbəyə nail olunacaq ki, bunu milli birlik, dəstəyimizlə birlikdə edəcəyik”.
Vətənin o tayı, bu tayı olmadığını deyən Türkiyənin tanınmış müğənnisi, filmdə bir sıra mahnıların ifaçısı Əhməd Şəfəq bildirdi ki, o da bu Vətənin oğludur: “Mənim Türkiyədə doğulmağımın heç bir fərqi yoxdur. Belə gözəl işlərlə Vətənin bütövlüyü əldə olunur. Filmdə sənətkar Bülbüllə bağlı məqamlar öz əksini tapıb, ancaq bu bir faktdır ki, Bülbül bütün türk dünyasının Bülbülüdür. Qarabağ Üzeyir Hacıbəyov kimi dahilərin Vətənidir. Elə bir dahi sənətkarı, bəstəkarı bütün türk dünyası sevməlidir. O, mənim idealımdır. Məhz onun əsərlərindən rövnəqlənərək mən opera yazmağı düşünürəm. Qarabağda məhz belə şəxsiyyətlər yaşayıb. Ancaq ermənilər öz mədəniyyətlərini inşa etmədiklərindən onlar hər zaman başqalarının mədəniyyətlərinə təcavüz edəcəklər. Mən inanıram ki, mütləq Qarabağa gediləcək və orada konsert verəcəyik”.
Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı filmi gözəl bir sənət əsəri və təbliğat vasitəsi kimi qiymətləndirdi:“Bu film gələcəyə hesablanmış sənət əsəridir. Bu əsərlər nə qədər çox olsa, millətin gələcəyi də bir o qədər zəngin olar. Bu filmdə "Sarı gəlin" mahnısının səsləndirilməsi həm də bu mahnını öz adına saxtalaşdırmaq istəyənlər üçün bir sübutdur”.
Digər iştirakçılar da film haqqında öz fikirlərini bildirdilər.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
“Bakcell” “Karyerada ilk addım” devizi altında keçirilən aktiv məşğulluq tədbirinə qoşuldu
26.09.2018
Qızılağac Milli Parkı yaradılır
26.09.2018
“Gömrük islahatları və modernləşdirmə“ mövzusunda təlim davam edir
26.09.2018
Naxçıvanda vakant həkim yerləri üzrə əmək yarmarkası təşkil olunub
26.09.2018
Oktyabrda Azərbaycanda ilk dəfə beynəlxalq “İnnovasiyalar həftəsi“ keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info