BANM-da “Son iclas” filminin bümayiş olub
Tarix: 01.06.2018 | Saat: 02:23:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə BANM-ın rektoru Elmar Qasımov, BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Ali Məktəbin professor-müəllim heyəti və tələbələri iştirak ediblər. Elmar Qasımov 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik dövlət olan AXC-nin Azərbaycan xalqının tarixində önəmli mərhələ olduğunu qeyd edərək, məhz həmin dövrdə ölkədə qadınlara seçib-seçilmək hüququnun verildiyini vurğulayıb. O qeyd edib ki, Prezidentin sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyətiİli” elan edilməsi, ölkə başçının Azərbaycan tarixinə olan ehtiramının və onun bütün dünyaya çatdırılmasına verdiyi önəmin və diqqətin təzahürüdür. Bəxtiyar Aslanbəyli AXC-nin 100 illiyinin ölkəmiz üçün böyük tarixi əhəmiyyətli hadisə olduğunu qeyd edib. Vitse-prezident Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı kimi BP şirkətinin ölkənin tarixi və milli dəyərlərinə hörmətlə yanaşdığını və bu istiqamətdə atılan addımları hər zaman dəstəklədiyini bildirib. Bəxtiyar Aslanbəyli həmçinin BP şirkətinin AXC-nin 100 illiyinə həsr olunmuş “Son İclas” bədii –sənədli filminin sponsoru olduğunu qeyd edib və BP-nin xalqın tarixini, qürur hissini paylaşan ekran əsərinin ərsəyə gəlməsində rolu olduğuna görə şərəf duyduğunu söyləyib. Tədbirdə həmçinin BANM-ın təşkilatçılığı ilə həyata keçirilmiş AXC-nin 100 illik yubileyinə həsr olunmuş respublika elmi konfransına müxtəlif universitetlərdən məqalə təqdim etmiş 40-dan çox tələbənin mükafatlandırılma mərasimi keçirilib, tələbələrə müxtəlif hədiyyələr təqdim edilib. Daha sonra tədbirdə “Son iclas” bədii-sənədli filmi nümayiş olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib
20.09.2018
Prezidentin köməkçisi: “Ərazilərin minalardan təmizlənməsi humanist missiyadır”
20.09.2018
Azərbaycanın milli qəhrəmanları haqqında ingilis dilində məqalələr hazırlanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info