Azərbaycan və Beynəlxalq Əmək Təşkilatı arasında əməkdaşlıq daha da genişlənəcək
Tarix: 01.06.2018 | Saat: 14:52:00 | E-mail | Çapa göndər


Sahil Babayev: “Özünüməşğulluq proqramı gələcəkdə daha da genişləndiriləcək”

Beynəlxalq Əmək Təşkilatının (BƏT) Beynəlxalq Əmək Konfransının 107-ci sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sessiya çərçivəsində BƏT-in Baş direktoru Qay Rayderlə görüşüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial-iqtisadi siyasətində əhalinin səmərəli məşğulluğunun təmin olunmasının mühüm yer tutduğunu vurğulayan S.Babayev bu sahədə ölkəmizdə əldə olunan nailiyyətləri diqqətə çatdırıb. Nazir əmək və məşğulluq sahəsində aparılan siyasətdə BƏT-in prinsiplərinin diqqətdə saxlandığını və bu Təşkilatla birgə fəaliyyətə xüsusi önəm verildiyini, Azərbaycanın ötən dövrdə BƏT-lə sıx əməkdaşlıq gündəliyinin formalaşdığını qeyd edib.
S.Babayev Q.Rayderin BƏT-in 107-ci sessiyasındakı məruzəsində əksini tapan mövzu, yəni qadınların əmək bazarında iştirakının təmin edilməsi məsələsi ilə bağlı bildirib ki, Azərbaycan qadın hüquqlarının müdafiəsi sahəsində fəal dövlət siyasətinə malikdir. Ölkəmizdə əmək və məşğulluq sahəsində qadın və kişilər arasında ayrı-seçkiliyə yol verilməsi qanunla qadağan edilib. Qadınlar arasında məşğulluq səviyyəsi də getdikcə yüksəlir, hətta bir sıra sahələrdə işləyənlərin daha böyük hissəsi qadınlardır.
Nazir bildirib ki, Q.Rayderin Azərbaycana səfəri zamanı onunla keçirilən görüşdə müvafiq sahələr üzrə dəstəyin göstərilməsi ilə bağlı müraciətə cavab olaraq, BƏT cari ilin iyul ayında beynəlxalq ekspertlərin iştirakı ilə Dövlət Məşğulluq Xidmətinin potensialının gücləndirilməsi üçün təlimlərin keçirilməsi və “Gənclərin layiqli məşğulluq imkanlarının genişləndirilməsinə yönəlmiş pilot subsidiya proqramı” çərçivəsində işlərin aparılması təklifləri ilə çıxış edib. Müraciətə belə qısa vaxtda və müsbət reaksiya verilməsindən razılıq ifadə edən S.Babayev İslam Əməkdaşlıq Təşkilatının Bakıda yaradılacaq Əmək Mərkəzinin əhəmiyyəti barədə məlumat verib, Mərkəzin fəaliyyətində BƏT prinsiplərinin təbliğinin mühüm yer tutacağını bildirib. Nazir özünüməşğulluq proqramının icra vəziyyətindən bəhs edib, gələcəkdə bu proqramın daha da genişləndiriləcəyini vurğulayıb.
Q.Rayder ilk növbədə cari il mayın 21-də “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın əhəmiyyətini qeyd edib. O həmin konfransda iştirak etmək üçün ilk dəfə Azərbaycana səfər etdiyini və bu səfər, ölkəmizdə gedən inkişaf prosesləri ilə bağlı xoş təəssüratlara malik olduğunu bildirib. Q.Rayder Azərbaycanın BƏT-lə əməkdaşlığı daim genişləndirmək üçün apardığı məqsədyönlü səyləri, BƏT-in mütərəqqi təşəbbüslərinə fəal şəkildə qoşulmasını yüksək dəyərləndirib.
Görüşdə BƏT-lə sistemli dialoqun aparılması məqsədilə bu Təşkilatın ümumi iş planına uyğun şəkildə ölkəmizdə əmək və məşğulluq sahələri üzrə aktual mövzularda və mümkün formatlarda ənənəvi illik tədbirlərin təşkil olunması, aktiv əmək bazarı proqramlarının icrasında birgə işlərin davam etdirilməsi, demoqrafik təhlillərin aparılmasında əməkdaşlığın həyata keçirilməsi, BƏT-in Cenevrə şəhərində yerləşən mənzil qərargahında Azərbaycan vətəndaşlarının çalışması imkanlarının nəzərdən keçirilməsi, əməkdaşlığın yeni istiqamətlər üzrə daha da genişləndirilməsi və s. məsələlər müzakirə olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Humanist addıma kölgə salmaq istəyənlər uğursuzluğa məhkumdur
16.11.2018
İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb
16.11.2018
Koordinasiya Şurası Türkiyə Səfirliyi ilə əməkdaşlığı genişləndirir
16.11.2018
Ramiz Mehdiyevin “Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” kitabı: bilinməyən həqiqətlərin tarixi təsdiqi
16.11.2018
Türkiyədə daha bir Xocalı abidəsinin açılışı olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info