DMX-də qaçqın statusu almış ailələrdə böyüyən uşaqlarla görüş 
Tarix: 01.06.2018 | Saat: 17:20:00 | E-mail | Çapa göndər


Dövlət Miqrasiya Xidmətində (DMX) 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycanda qaçqın statusu almış və qaçqın statusu almaq üçün müraciət edən ailələrdə böyüyən uşaqların iştirakı ilə tədbir keçirilib.
DMX-dən verilən məlumata görə, tədbirdə Xidmətin məsul əməkdaşları cəmiyyətin həssas və kövrək zümrəsi olan uşaqları əlamətdar bayram münasibətilə təbrik edib, onlara can sağlığı və xoşbəxtlik arzulayıblar.
Bildirilib ki, zəngin milli-mənəvi dəyərlərə malik Azərbaycanda gələcəyimiz olan uşaqlara həmişə məhəbbətlə yanaşılıb. Onların sağlam, savadlı və vətənpərvər böyümələri üçün hər cür şərait yaradılıb. Dünyada tolerant ölkə kimi tanınan Azərbaycanda böyüyən əcnəbi ailələrin uşaqları da diqqət, qayğı və nəvazişlə əhatə olunublar. Təşkil edilən bu şənlik dövlətimizin nəinki ölkə vətəndaşlarına, həm də əcnəbi ailələrdə böyüyən uşaqlara qayğısının təzahürüdür.
Bu əlamətdar gün münasibətilə DMX-nin Həmkarlar İttifaqının iştirakı ilə təşkil edilən şənliyin iştirakçısı olan uşaqlara hədiyyələr təqdim olunub.
Sonra azyaşlıların “İçəri şəhər” Dövlət Tarix Memarlıq Qoruğuna ekskursiyası təşkil olunub. Şirvanşahlar sarayı və digər zəngin tarixi və maddi-mədəniyyət abidlərimiz haqqında əcnəbi uşaqlara və valideynlərinə məlumat verilib.
Keçirilən bayram tədbiri uşaqların yaddaşında xoş izlər buraxıb və valideynlərin çox böyük razılığına səbəb olub. Onlar övladlarına göstərilən bu diqqətə görə Azərbaycan dövlətinə minnətdarlıq ediblər.
 

Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info