BANM-də ilin ilk TEDxBHOS konfransı keçirilib
Tarix: 01.06.2018 | Saat: 18:52:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) məşhur TED layihəsinin Azərbaycanda 2018-ci il üzrə ilk konfransı – TEDxBHOS keçirilib. Ali məktəbdən verilən məlumata görə, əsas missiyası “Yayılmağa dəyər fikirlər” olan konfransa müxtəlif sahələrdən və universitetlərdən dinləyicilər qatılıb.
Konfransda BANM-in rektoru Elmar Qasımov BANM tələbələrinin həyata keçirdiyi TEDxBHOS layihəsinə gələn bütün qonaqları salamlayaraq, konfransın qeyri-kommersiya təşkilatı olan TED-ın lisenziyası əsasında təşkil edildiyini bildirib. Daha sonra rektor tələbələri BANM-də bu böyük tədbiri təşkil etdikləri üçün təbrik edib.
TEDxBHOS-da bir-birindən maraqlı 8 spiker öz innovativ və motivasiyaedici çıxışları ilə dinləyicilərin diqqətini cəlb edərək düşündürməyə sövq edib. Spikerlər arasında Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) direktoru Qvendolin Börçel, “Çox Yaşa” verilişinin aparıcısı Vasif İsmayıl, “Rafa Film” Prodakşn şirkətinin rəhbəri Təhminə Rafaella Cəbrayıl, BANM-ın “Əşyaların interneti” laboratoriyasının rəhbəri, YolGet.az – ın yaradıcısı Abbas Əlili, “Orkhanway Coaching” şirkətinin rəhbəri, biznes trener Orxan Şahbaz və digərləri yer alıblar.
“Alternativ” mövzusu ətrafında baş tutan konfrans bir neçə saat davam edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib
20.11.2018
Auditorlar Palatası Gömrük Komitəsi ilə əməkdaşlığa dair sənəd imzalayacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info