Mingəçevirdə tələbələr qan xəstəlikləri və qan donorluğu ilə bağlı məlumatlandırıldı
Tarix: 01.06.2018 | Saat: 19:20:00 | E-mail | Çapa göndər


“Leykozlu Uşaqlara Dəstək” ictimai birliyi Mingəçevir şəhərində tələbələr arasında ictimai maarifləndirmə tədbirini keçirib. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi verdiyi “Qan xəstəlikləri və qan donorluğu ilə bağlı ictimai maarifləndirmənin keçirilməsi” layihəsi çərçivəsində təşkil olunub. Mingəçevir Turizm Kollecində keçirilən tədbirdə təhsil ocağının 36 nəfər tələbəsi iştirak edib.
Tədbiri giriş sözü ilə açan “Leykozlu Uşaqlara Dəstək” ictimai birliyinin layihə rəhbəri Emin Nəbili təşkilat haqqında tələbələrə məlumat verərək qan xəstəlikləri və qan donorluğu ilə bağlı cəmiyyətin maarifləndirilməsinin əhəmiyyətindən danışıb.
Emin Nəbili bildirib ki, layihənin məqsədi gənclərin qan xəstəlikləri, qan donorluğu ilə bağlı maarifləndirmək və dövlətin bu istiqamətdə gördüyü işlərə ictimai dəstək verməklə sağlam gələcəyə nail olmaqdır: “Respublikamızda qan xəstəlikləri, qan xəstəliklərindən müalicə imkanları, qan donorluğunun mövcud vəziyyəti, əldə olunan nəticələr, qan donorluğunun əhəmiyyəti, qan donorlarının bilməli olduğu vacib məsələlərlə bağlı bilgi əldə edə biləcəksiniz. Gənclərin qanvermə aksiyalarında fəal iştirak etməsi də vacibdir. Cünki bununla siz xəstəlikdən əziyyət çəkən insanlara kömək etməklə bir həyat xilas etmiş olursunuz”.
Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutun kiçik elmi işçisi, həkim–hematoloq İradə Kərimova qan xəstəlikləri ilə bağlı tələbələrə ətraflı məlumat verərək, qan donorluğunun əhəmiyyətindən danışıb.
Qanköçürmənin əsasının XIX əsrin axırlarında qoyulduğunu diqqətə çatdıran İradə Kərimova bildirib ki, qanköçürmə insanların həyatı üçün son dərəcə əhəmiyyətlidir: “Qan travma alan, doğuş, cərrahi əməliyyat keçirən xəstələrə vacibdirsə, hemofiliyalı, talassemiyalı, leykozlu xəstələr üçün həyati vacibdir. 18 yaşı tamam olan, çəkisi 50 kiloqramdan yuxarı praktik sağlam hər bir vətəndaş qan verə bilər. Qan donoru olarkən ilk öncə Hepatit, HİV virusu, Siflis mikrobu kimi xəstəliklərə görə tibbi müayinələr aparılır, qan qrupu, hemoqlobinin faizi dəqiqləşdirilir. Ümumi qan donoru 12 həftədən bir təkrar qan verə bilər. Qan donorluğu qanın yenilənməsinə səbəb olmaqla yanaşı, orqanizmin sağlamlığına da şərait yaradır. Amma bir çox səbəblərdən heç də hamı donor ola bilmir. Əgər donorluq qan verəcək şəxsin səhhətinə zərər yetirə biləcəksə, yaxud donorun qanının xəstəyə zərəri olacaqsa donorluğa icazə verilmir”.
Daha sonra çıxış edən Mərkəzi Qan Bankının Mingəçevir bölməsinin rəhbəri Vüsalə Səfərəliyeva qan donorluğu və qanvermə aksiyaları barədə tələbələrə məlumat verərək hər kəsi bu cür aksiyalarda fəal olmağa çağırıb.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info