“Rüstəm Ibrahimbəyovu nə məcbur edir ki,Əkrəm Əylislinin yolunu getsin?”
Tarix: 01.06.2018 | Saat: 19:36:00 | E-mail | Çapa göndər


Son günlər Rüstəm İbrahimbəyovun"Qafqaz üçlüyü" filmi gündəmə gəlib.Çox cəlbedici məqam budur ki ,bir neçə il öncə çəkilmiş bu film Paşinyanın hakimiyyətə gəlməsindən sonra sosial şəbəkələri zəbt edib.Maraq məni bürüdü...Çox illər əvvəl də onun " Bir cənub şəhərində" filminə baxmışdım....Həmin filmdə də azərbaycanlıların bir- birini bıçaqlaması təsvir olunub...Həmin an da təəssüf hissi keçirmişdim. Lakin bu qədər fəxri adı ,cəmiyyətdəki nüfuzu məni susmağa məcbur etmişdi.
Dünən isə onun 2015 ci ildə çəkilmiş filminə baxdım...Film məni sarsıtdı...
Doğrudanmı onun ssenarisini yazan azərbaycanlı kişinin belindən gəlib? Doğrudanmı ona süd verən azərbaycanlı qadın olub? Bu əgər belədirsə, mən buna inanmıram.Çünki heç kim,millətini bu dərəcədə alçalda bilməz... Qonşu gürcülər " Əsgər atası" filmi ilə tarixə düşdülər...
Məni filmə baxandan sonra bir sual düşündürür: Rüstəm Ibrahimbəyovu nə məcbur edir ki,Əkrəm Əylislinin yolunu getsin? Öz dövləti tərəfindən yüksək mükafata layiq görülən,xalqı tərəfindən bir zaman sevilən,hətta prezidentliyə namizədliyi irəli sürülən ,Azərbaycanda hektarlarla torpağı,villaları olan manqurt niyə belə etsin ki?
Və sualımın cavabını özüm tapıram...Satqınlıq...Erməniləri təmizə çıxarıb,azərbaycanlıları" vəhşi" kimi qələmə verməklə erməni dığalarının dəyirmanına su tökməklə qrantlarla sahib olmaq. Yaşının bu çağında belə hərəkət etmək " bir ayağı burada,bir ayağı gorda" olan yazıçıya yaraşmaz! Rüstəm Ibrahimbəyov Azərbaycan xalqından üzr istəməlidir! Əks- təqdirdə onun fəxri adları əlindən alınmalıdır!

Namiq MƏMMƏDLİ




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
“Onlar Türkiyəni bölməyə, zəiflətməyə çalışan Vətən xainləri idilər”
16.07.2019
Mogerini ABŞ-ı Avropa İttifaqının ən yaxşı tərəfdaşı adlandırıb
15.07.2019
“Bir gün səbir kasası daşacaq”
14.07.2019
Azərbaycanın müasir tarixi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır
14.07.2019
Azərbaycanda təhsilin hazırkı səviyyəyə çatmasında Heydər Əliyevin müstəsna xidmətləri olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10830

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info