“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması bütün qitə üçün böyük tarixi hadisə idi”
Tarix: 01.06.2018 | Saat: 20:24:00 | E-mail | Çapa göndər


1994-2005-ci illərdə Ukrayna Prezidenti Leonid Kuçma Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Əziz İlham Heydər oğlu. Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin 100 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin.
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması təkcə Azərbaycan xalqı üçün deyil, bütün qitə üçün böyük tarixi hadisə idi.
Baş verənlərin bütün dramatizminə baxmayaraq, Azərbaycan xalqı öz gələcəyi üçün məsuliyyəti cəsarətlə və qətiyyətlə üzərinə götürdü.
Məhz həmin dövrdə Kiyev və Bakı Ukrayna-Azərbaycan dövlətlərarası münasibətlərinin əsasını qoyublar. Ukrayna və Azərbaycan xalqları illər boyu dostluq və əməkdaşlıq edib, indiki nəsillər bu xeyirxah ənənəni davam etdirirlər.
Azərbaycan Xalq Cümhuriyyəti müasir Azərbaycanın müjdəçisi və təməli olub. 1991-ci ildə öz müstəqilliyini bərpa edən Azərbaycan indi uğurlu, güclü və firavan dövlətdir.
Azərbaycanın inkişafına Sizin şəxsi töhfənizi xüsusi qeyd etmək istəyirəm. İqtisadiyyatın artımı, vətəndaş həmrəyliyi, beynəlxalq arenada ölkənizin nüfuzu – bütün bunlar müdrik və ardıcıl milli lider kimi Sizin siyasətinizin nəticəsidir.
İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və işlərinizdə uğurlar, Azərbaycan xalqına sülh və firavanlıq arzu edirəm".




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info