Uşaqlar yol hərəkəti qaydalarını pozan sürücüləri saxladı
Tarix: 01.06.2018 | Saat: 21:23:00 | E-mail | Çapa göndər


İyunun 1-də - Uşaqların Beynəlxalq Müdafəsi günü ilə bağlı paytaxtda “Yollarda uşaqların təhlükəsizliyini qoruyaq” şüarı altında maarifləndirici sosial aksiya keçirilib. Tədbirin keçirilməsində məqsəd orta məktəb şagirdləri, sürücü və piyadalar arasında yol hərəkəti qaydaları ilə bağlı məlumatlandırmanın təbliği olub.
Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsindən verilən məlumata görə, “ARB Günəş”in, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və “SinemaPlus” kinoteatlar şəbəkəsinin, müəllim-valideyn komitələrinin, ictimaiyyət nümayəndələrinin dəstəyi ilə keçirilən tədbirdə avtomobillərdə daşınan uşaqlara hədiyyələr paylanılıb, sürücü və piyadlarla profilaktiki söhbətlər aparılıb, maarifləndirici bukletlər verilib.
Aksiya çərçivəsində polis forması geyinən uşaqlar – yol polisinin gənc köməkçiləri hərəkət iştirakçılarını müxtəlif devizlər altında yollarda intizamlı olmağa dəvət ediblər. Uşaqlar yol hərəkəti qaydalarını pozan sürücüləri saxlayaraq, onlara yol polisi əməkdaşlarının tövsiyəsi ilə məsləhətlər veriblər.
Paytaxtın bir sıra küçə və prospektində keçirilən tədbirdə hərəkət iştirakçılarının diqqətinə çatdırılıb ki, yol hərəkətinin təhlükəsizliyində, insanların həyat və sağlamlığının qorunmasında hər bir hərəkət iştirakçısı həssas olmalıdır. Yol-nəqliyyat hadisələrinin qarşısının alınması, hərəkət iştirakçılarının intizamının möhkəmləndirilməsinin xüsusi vurğulandığı tədbirdə şagirdlərə piyada keçidlərindən istifadə etmələri, işıqfordan keçərkən diqqətli olmaları tövsiyə edilib və necə hərəkət etmələri izah olunub. Yollarda hər bir hərəkət iştirakçısının konkret vəzifəsi ondan ibarətdir ki, qaydalara əməl etməli, məsuliyyətini dərk etməklə, təkcə özünün yox, başqalarının da hüquqlarına hörmətlə yanaşmalıdır.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
“AZƏRSUN HOLDİNQ“ İnsan Resursları üzrə mütəxəssis axtarır
22.02.2019
Bu il Bakının 4 rayonunda “DOST” mərkəzləri yaradılacaq
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib
21.02.2019
DMX tələbə və məzunlar üçün təşkil olunan “Karyera sərgisi”ndə iştirak edib
21.02.2019
Migel Silva Pinto “ASAN xidmət” mərkəzi ilə tanış olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info