Səudiyyə Ərəbistanı Krallığı ilə əmək və sosial müdafiə sahəsində əməkdaşlığa dair sənəd layihəsi hazırlanıb
Tarix: 01.06.2018 | Saat: 21:30:00 | E-mail | Çapa göndər


Beynəlxalq Əmək Təşkilatının (BƏT) Beynəlxalq Əmək Konfransının 107-ci sessiyası çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Səudiyyə Ərəbistanı Krallığının əmək və sosial inkişaf naziri Ali bin Nasser Al Ghafees arasında görüş keçirilib.
Görüşdə iki ölkə arasında mövcud olan dostluq münasibətlərinin müxtəlif sahələrdə əlaqələrin inkişafına şərait yaratdığı, eyni zamanda, əmək və sosial müdafiə sahəsində də qarşılıqlı fayda verə biləcək ikitərəfli əməkdaşlığın qurulması və gücləndirilməsinin vacibliyi ilə bağlı yekdil fikir ifadə olunub.
S.Babayev Azərbaycanda dayanıqlı inkişaf şəraitində əhalinin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluq imkanlarının artırılması istiqamətində əldə olunan nailiyyətləri diqqətə çatdırıb. O, ölkəmizdə həyata keçirilən sosial müdafiə və aktiv məşğulluq tədbirləri, özünüməşğulluq proqramı barədə məlumat verib. İslam Əməkdaşlıq Təşkilatının Bakıda yaradılacaq Əmək Mərkəzinin Təşkilata üzv ölkələr arasında əməkdaşlığın inkişafına xidmət edəcəyini vurğulayan nazir gələcəkdə müvafiq sahələrdə təcrübə və məlumat mübadilələrinin aparılmasının əhəmiyyətini qeyd edib.
A.N.Al Ghafees əmək, məşğulluq, aktiv əmək bazarı proqramları, sosial müdafiə sahələri üzrə Azərbaycanla ikitərəfli əlaqələrin qurulmasında maraqlı olduqlarını və bunun üçün lazımi tədbirlərin görüləcəyini diqqətə çatdırıb.
Görüşdə “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının Əmək və Sosial İnkişaf Nazirliyi arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun layihəsinin hazırlandığı və yaxın vaxtlarda imzalanmasının mümkünlüyü qeyd olunub.
Görüş zamanı S.Babayev A.N.Al Ghafeesi ölkəmizə səfərə dəvət edib. Dəvətə görə təşəkkürünü ifadə edən A.N.Al Ghafees Azərbaycana səfər etməkdən məmnun olacağını bildirib.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info