“Plastik qablara yığılmış su xroniki zəhərlənməyə səbəb ola bilər”
Tarix: 01.06.2018 | Saat: 21:37:00 | E-mail | Çapa göndər


Azər Maqsudov: “Çiyələk elə meyvədir ki, onu çox saxlamaq, soyuducuya qoymaq tərkibini dəyişir”

Yay istirahət, gəzinti, bol meyvə-tərəvəz fəsli olmaqla yanaşı gəlişi ilə bir sıra problemlər də gətirir. Ən çox ilan və həşərat sancmaları, mövsüm zəhərlənmələri məhz yaya təsadüf edir. Bu barədə Bakı şəhər Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov AZƏRTAC-a müsahibəsində bildirib. Həkim ilan sancmaları barədə danışırkən deyib:
-İlan sancan şəxsin buna verəcəyi reaksiya onun yaşından və orqanizminin müqavimətindən asılıdır. Lakin ilk növbədə ilan dişlədiyi yeri bir az yuxarıdan çox sıx olmamaq şərtilə bağlayıb 30-40 dəqiqə ərzində tibbi yardım məntəqəsinə çatdırmaq lazımdır. Tibbi yardım məqsədilə yaranın allergik reaksiya verməməsi üçün zərərçəkənə ağrıkəsici, antihistamin və zəhəri neytrallaşdırmaq üçün zərdab vurulur. Zəhərə qarşı istifadə edilən polivalent zərdab gürzə, əfi ilan və kobraya qarşı çox təsirli vasitədir. Doğrudur, kobra bizim region üçün xarakterik olmasa da, ildə bir–iki dəfə cənub bölgəsində onun sancdığı insanlar olur.
-Yayda təkcə ilan sancmaları ilə deyil, digər həşəratların sancmaları ilə də üzləşənlər olur. Bu barədə nə deyə bilərsiniz?
-Yay fəslində ilandan başqa bəzən sarı və qara əqrəb, həmçinin qara qurd sancmasından da şikayətlər daxil olur. Qara qurd hörümçəyin bir növü olan kiçik ölçülü həşəratdır. Əslində son 7-8 ildə ticarət əlaqələri nəticəsində xarici ölkələrdən bizim ölkəmizə gəlib. Son vaxtlar İl ərzində təxminən 15-20 dəfə onun sancması ilə üzləşirik. Onun dişlədiyi xəstə adətən çox böyük qorxu hissi keçirir, sancma nəticəsində şiddətli ağrı olur, qızartı nahiyəsi genişlənir, qan təzyiqi aşağı düşür, ürək ritmi sürətlənir, əvvəl taxikardiya, sonra brodikardiya əlamətləri müşahidə olunur. Zərərçəkəndə başgicəllənmə əmələ gəlir, yardım göstərilməsi gecikəndə hətta huşunu itirmə halları da ola bilər. İlkin tibbi yardımdan sonra zərərçəkmişin vəziyyəti tədricən normallaşır. Əqrəb sancmaları da çox təhlükəlidir, xüsusilə qara əqrəbin zəhəri daha kəskin xarakter daşıyır. Ümumiyyətlə bir mövsüm ərzində təxminən 100-120 dəfə ilan, 20-30 dəfə isə sarı və qara əqrəb sancmasından müraciətlər daxil olur.
-Həşərat sancmaları ilə yanaşı, yayda tez-tez qida zəhərlənmələri də narahatlıq doğurur. Hansı qida məhsulları daha çox zəhərlənmələrə səbəb olur?
-Meyvələr arasında ən çox çiyələkdən zəhərlənmə halları baş verir. Ümumiyyətlə, çiyələk elə meyvədir ki, onu çox saxlamaq, soyuducuya qoymaq tərkibini dəyişir. Bu səbəbdən çiyələkdən mümkün qədər ehtiyatla istifadə etmək lazımdır. Görünüşcə iri olan meyvələrə üstünlük vermək də düzgün deyil. Mənşəyi bilinməyən göbələklər də çox zaman zəhərlənmələrə səbəb olur.
-Bəzən hətta sudan zəhərlənmə halları da baş verir. Bunu səbəbi nədir?
-Bu, əsasən plastik qablara doldurulmuş sudan istifadə zamanı yaranır və xroniki zəhərlənmə ilə nəticələnir. Məsələ burasındadır ki, plastik qab gün altında qalanda onun içərisində olan suyun tərkibi dəyişir. Ona görə də tanınmış şirkətlər öz məhsullarını şəffaf və ya da tünd şüşə qabda istehsal edirlər. Plastik qablarda olan su gün altında qalanda onun tərkibi dəyişir və qəbul ediləndən bir müddət sonra orqanizmdə toksiki maddlərin toplanmasına səbəb olur.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info