Bilik Fondu uşaqlara kitab hədiyyə edib
Tarix: 01.06.2018 | Saat: 23:39:00 | E-mail | Çapa göndər


Prezident yanında Bilik Fondunun təşkilatçılığı ilə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü müxtəlif məkanlarda qeyd olunub. Bilik Fondunun Mətbuat xidmətindən “Palitra”ya bildiriblər ki, fondun əməkdaşları "Ümid İşığında" Uşaqların Sağlam Gələcəyi İctimai Birliyinin nəzdində reabilitasiya kursu keçən uşaqlarla görüşüblər. Bayram münasibətilə balacalara sovqat təqdim olunub, nağıl kitabları hədiyyə edilib. Həmin gün Astara şəhərinin Heydər Əliyev parkında da tədbir təşkil olunub. İştirakçılar yerli Bilik Evinin “Rəssamlıq” dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər. Dərnəyin rəhbəri Cəmalə Məmmədova rəsmlər haqqında məlumat verib. Növbəti tədbir Fondun Abşeron rayon nümayəndəsi Teyyubə Hüseynovanın təşəbbüsü ilə onun direktor olduğu Saray qəsəbə 3 nömrəli tam orta məktəbdə gerçəkləşib. Təhsil ocağının VII-VIII sinif şagirdlərinin iştirak etdiyi tədbirdə Ombudsman Aparatının əməkdaşları – baş mütəxəssislər İlahə Əfqanlı və Murad Babayev uşaq hüquqları ilə bağlı qanunvericilikdə əksini tapan müddəalardan, bu sahədə hökumətin gördüyü işlərdən danışıblar. İnteraktiv formada keçən tədbirdə məktəblilərə məlumat kitabçaları paylanıb.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info